Şeyx İsa Qasim İmam Hüseynin (ə) Qocaman Xidmətçiləri toplantısının xüsusi siması kimi tanınıb

Şeyx İsa Qasim İmam Hüseynin (ə) Qocaman Xidmətçiləri toplantısının xüsusi siması kimi tanınıb

Bəhreyn şiələrinin rəhbəri  Şeyx İsa Qasim  İranada keçirilən XV Beynəlxalq İmam Hüseynin (ə) Qocaman Xidmətçiləri toplantısının "xüsusi siması" kimi elan olunub. 
 
Maide.Az xəbər verir ki,  XV Beynəlxalq İmam Hüseynin (ə) Qocaman Xidmətçiləri toplantı İranın  Bəndər Abbas şəhərində keçirilib. 
 
İclasda  Şeyx İsa Qasimin nümayəndəsi  Şeyx Abdullah çıxış edib və deyib ki,  Şeyx İsa Qasim  3 aydır ki,  Bəhreyn rejim  təhlükəsizlik qüvvələri tərəfindən  mühasirədə saxlanılır. Nə üçün ? Ona görə ki, O  Hüseyn (ə) məktəbi və düşüncəsinin davamçısıdır. Şeyx İsa  Qasim Zillət və İzzət  arasında  izzəti seçib.  Zillət bizdən uzaqdır. 
 
Qeyd edək ki,  İmam Hüseynin (ə) Qocaman Xidmətçiləri toplantısı hər il  İranın müxtəlif şəhərlərində keçirilir.  Toplantıda  dünyanın müxtəlif ölkələrindən  yaşlı rövzəxanlar, mərsiyəxanalr, növhəxanlar, şair və məddahlar iştirak edirlər. 
 
 Bu ilki toplantıda Dünyanın 5 qitəsindən İmam Hüseynin (ə) 40 Qocaman  xidmətçisi iştirak edib. 
 
 

Google+ WhatsApp ok.ru