Fələstin BMT-nin tamhüquqlu üzvlüyü uğrunda siyasi mübarizəyə başlayacaq

Fələstin BMT-nin tamhüquqlu üzvlüyü uğrunda siyasi mübarizəyə başlayacaq

Fələstin BMT-nin tamhüquqlu üzvü olmaq üçün müraciət kampaniyasına start verəcək.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, bu barədə Fələstin Milli Hökumətinin xarici işlər naziri Riyad əl-Maliki jurnalistlərə açıqlamasında deyib.
 
Nazirin sözlərinə görə, ABŞ Fələstinin BMT-yə üzvlüyü ilə bağlı hər hansı təşəbbüsünü veto edəcəyini bildirsə də, prosedur davam etdiriləcək: "Biz bilirik ki, ABŞ-ın vetosu ilə üzləşəcəyik, lakin bu bizim müraciət hüququmuzdan istifadəmizin qarşısını ala bilməyəcək".
 
O qeyd edib ki, Fələstin tərəfi gələn həftələrdən başlayaraq BMT Təhlükəsizlik Şurasının üzv dövlətlərilə lobbiçilik danışıqlarına başlayacaq.
 
Bildirək ki, Fələstin bundan əvvəl də tamhüquqlu üzvlük üçün BMT-yə rəsmi müraciət edib. Lakin 2011-ci ildəki müraciət bugünədək Təhlükəsizlik Şurasının iclasına çıxarılmayıb. Buna baxmayaraq həmin müraciət əsasında Fələstinin BMT-dəki statusu qeyri-üzv müşahidəçi quruluş formatından qeyri-üzv müşahidəçi dövlət statusuna yüksəldilib. O vaxtdan bəri Fələstin dövləti bir çox suveren hüquqlara yiyələnərək 50-dən artıq beynəlxalq təşkilatın üzvlüyünə qəbul edilib və beynəlxalq müqavilələrə qoşulub.
 

Google+ WhatsApp ok.ru