Fələstinlilərin evlərinin işğalçı İsrail rejimi  tərəfindən dağıdılması Avropa Şurasında muzakirəyə çıxarılıb

Fələstinlilərin evlərinin işğalçı İsrail rejimi tərəfindən dağıdılması Avropa Şurasında muzakirəyə çıxarılıb

Böyük Britaniya, Almaniya, Fransa, İspaniya Qüdsün  "Vadi-əl Hums" məhəlləsində məskunlaşan fələstinlilərin evlərinin işğalçı İsrail rejim qüvvələri tərəfindən dağıdılmasını müzakirə edib. 
 
Maide.Az "AA"a istinadla xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının  xarici işlər nazirliyi xəbər verib.
 
Adıçəkilən dörd ölkələ öz müraciətlərində dinc fələstinlilərin evlərinin əvvəl olduğu kimi işğalçı İsrail rejimi tərəfindən dağıdılmasından ciddi narahatlıq keçirdiklərini bildirib. "Bütün hallarda işğal edilmiş ərazilərin dağıdılması BMT Təhlükəsizlik Şurasının qətnaməsinə və beynəlxalq və humanitar hüquqlara zidd hərəkətdir. Bu proses dinc fələstinlilərə zülm etməklə yanaşı sülh prosesine də zərbə vurur.”
 
İordan çayının qərb sahilləri və Qüdsün şərq hissəsi 1967-ci ildən İsrailin işğalı altındadır. Israil tərəfindən işğal edilmiş Qüdsün bu hissəsində 200 mindən artıq yəhudi,  İordanin qərb sahillərində isə yarim miyondan artıq yəhudi məskunlaşıb. 
Beynəlxalq hüquqlara əsasən yəhudilərin burada yerləşdirilməsi qanuna ziddir.

Google+ WhatsApp ok.ru