Fələstinlilər Trampın planını tarixin zibilliyinə atacaq

Fələstinlilər Trampın planını tarixin zibilliyinə atacaq

Fələstin prezidenti Mahmud Abbas Trampın təklif etdiyi "əsrin müqaviləsi" adlı işğal planına münasibət bildirib.
 
Maide.Az İRİNN-ə istindala xəbər verir ki, Mahmud Abbas qeyd edib ki, Qüds satılmır. ""Əsrin müqaviləsi" adlı çirkli planınız heç vaxt icra olunmaycaq  və  Fələstin xalqı  onu tarixin zibilliyinə atacaq.  "Bu həssas məqamda mən hamıdan istəyirəm ki, səfləri daha da möhkəmləndirsin və bu çirkli planı pozsun", - deyə Mahmud Abbas bildirib.
 
Netanyahu və Trampın sözlərini faydasız adlandıran M.Abbas deyib ki, biz bu razılaşmaya  min dəfə yox deyirik.  
 
 
Eyni zamanda HƏMAS lideri İsmayıl Haniyə də bu işğal planının sionist rejimə heç bir legitimlik verməyəcəyini bildirib.
 
Mahmud Abbasla telefon danışığında Haniyə bütün fikir ayrılıqlarını kənara qoyub sionist rejim və ABŞ-ın bu planları qarşısında birgə olacaqlarını qeyd edib. 

Google+ WhatsApp ok.ru