Fələstin səfirliyi ‘Əsrin sövdələşməsi’ni qondarma sənəd hesab edir

Fələstin səfirliyi ‘Əsrin sövdələşməsi’ni qondarma sənəd hesab edir

Fələstin Dövlətinin Azərbaycandakı səfirliyi ABŞ-ın “Əsrin sövdələşməsi” sənədi ilə bağlı açıqlama yayıb.
 
Maide.Az xəbər verir ki, səfirlikdən APA-ya daxil olan açıqlamada bildirilir ki, dünən ABŞ Prezidenti və İşğalçı İsrail rejminin Baş nazirinin iştirakı ilə beynəlxalq hüquqa, BMT Baş Assambleyası, Təhlükəsizlik Şurası, Beynəlxalq Ədalət Məhkəməsinin qəbul etdiyi 160-dan çox qətnaməyə açıq-aşkar zidd olan “Əsrin sövdələşməsi” adlı qondarma sənəd təqdim olunub.
 
Açıqlamada qeyd olunur ki, sənəd işğalçı rejimin siyasi spektrindəki ultra sağ qüvvələrdən ibarət koalisiyasının ideoloqları və Netanyahunun təxəyyülünün məhsuludur, ABŞ-ın hazırkı prezidentinin administrasiyası isə bu sənədin qəbulunu daha da təşviq edib.
 
Səfirlik bəyan edir ki, sözügedən sənəddə Fələstinin tarixi torpaqlarında qeyri-qanuni fəaliyyətin davam etdiriləcəyi ehtiva olunur.
 
Açıqlama Fələstin lideri Mahmud Abbasın sitatı ilə yekunlaşır: “Mən Trampa və Netanyahuya demək istəyirəm. Qüds satılmır, bizim bütün hüquqlarımız satılmır. Sizin sazişiniz və konspirasiyanız keçməyəcək”.
 
 

Google+ WhatsApp ok.ru