Fələstinli uşaqlar günü münasibətilə hesabat:  Sionist rejim 3000 uşağı şəhid edib

Fələstinli uşaqlar günü münasibətilə hesabat: Sionist rejim 3000 uşağı şəhid edib

Son 20 ildə  sionist rejim hərbiçilərinin vəhşi hücumları nəticəsində  3000 fələstinli uşaq həyatını itirib.
 
Maide.Az xəbər verir ki, Fələstin İnformasiya Nazirliyi fələstinli uşaqlar günü münasibətilə yaydığı bəyanatda bildirib ki, 2000-ci ildən 2019-cu ilin oktyabr ayının sonuna kimi İsrail rejiminin hərbçilərinin hücumları nəticəsində 3000 fələstinli uşaq həyatını itirib və onlarla fələstinli uşaq yaralanıb. 
 
Məlumatda bildirilir ki, ABŞ prezidenti Donald Trampın  2016-cı ildə Qüdsü  işğalçı rejimin “paytaxtı” kimi elan etdikdən sonra 2019-cu ilin  sonuna kimi  işğalçı rejim 114 fələstinli uşağı şəhid edib və onlarla  fələstinli uşağı isə yaralayıb. 
 
Hazırda sionist rejim həbsxanalarında 200-dən çox  fələstinli uşaq saxlanılır.  
 
 Qeyd edək ki,  hər il aprel ayının 5-i fələstinli uşaqlar günü kimi qeyd edilir.
 
 Bu arada, irqçi rejimin əsgərləri dünən (6 aprel bazar ertəsi), Fələstinin Qərb sahili bölgəsindəki üçüncü ən böyük şəhər olan Cenin və şəhərin cənubi qərbindəki Araba və Yabəd qəsəbəsindəki basqınlarda əvvəllər azad edilmiş üç məhbusu yenidən həbs edib.
 
Yerli mənbələrə görə, işğalçı qüvvələr Mahmud Hantulini Ceninin Haruba bölgəsindəki qohumlarının evində, Yabəd qəsəbəsindəki Sami Zeyd əl-Kilani və Car şəhərində Fadi Əbu Salahı həbs ediblər.
 
Digər tərəfdən, işğalçı qüvvələr səhər tezdən buldozerlərlə Qəzza zolağına giriblər. Mənbələrin verdiyi açıqlamada bildirilir ki, buldozerləri müşayiət edən İsrail ordusuna aid 5 zirehli texnikanın əkinçilərə və balıqçılara gözyaşardıcı qaz bombaları atıb və həqiqi güllələrdən atəşə tutub.
 
Digər tərəfdən, İsrail hərbi dəniz qüvvələrinin patrul qayıqları Qəzza zolağından çıxan balıqçıların qayıqlarına atəş açıb.
 

Google+ WhatsApp ok.ru