Filippində qasırğada ölənlərin sayı 30-a çatıb, 14 nəfər itkin düşüb

Filippində qasırğada ölənlərin sayı 30-a çatıb, 14 nəfər itkin düşüb

Filippinin şimalındakı Luson adasında “Kompasu” tropik qasırğasında ölənlərin sayı 30-a çatıb.
 
Maide.Az APA-a istinadla xəbər verir ki, ölkənin Təbii fəlakətlərin risklərinin idarə olunması və qarısının alınması üzrə Dövlət Şurasından daha 14 nəfərin itkin düşdüyü deyilir.
 
Dövlət Şurasından bildirilib ki, qasırğa ilə əlaqədar 15 min sakin təbii fəlakət zonasından təxliyə olunub, Filippinin 110 şəhərində elektrik enerjisi təchizatında kəsintilər baş verib, 325 evə ziyan dəyib, onlardan ¼-i tam dağılıb.
 
Kənd təsərrüfatına dəyən ziyan 21.5 milyon dollar civarında qiymətləndirilir.

Google+ WhatsApp ok.ru