Fiqu və Kaka Pakistanda - Fotolar 11 Yanvar 2019 08:57 İdman Yaxın keçmişin əfsanəvi futbolçuları portuqaliyalı Luiş Fiqu və braziliyalı Rikardo Kaka Pakistana gediblər. Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Karaçi şəhərinə gedən keçmiş futbolçular futbol akademiyasının təlimlərində iştirak edəcəklər. Fiqu mətbuat konfransında bildirib ki, Pakistanda futbolun təbliği və beynəlxalq arenada tanıtdırılması üçün də çalışacaqlar. Kaka isə pakistanlı gənc futbolçulara məsləhətlər verib, xəyallarına çatmaq üçün çox çalışmalı olduqlarını söyləyib. Qeyd edək ki, Kaka və Fiqu Karaçidən sonra Lahor şəhərində də müxtəlif tədbirlərə qatılacaqlar. Teqlər : #Fiqu,#və,#Kaka,#Pakistanda,#Fotolar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əlcəzairdə futbol matçı zamanı insident yaşanıb, 62 nəfər xəsarət alıb Futbolda əl ilə oyuna görə cəza dəyişdirilə bilər