Formula-1yarışları nədir? Ölkə üçün neçəyə başa gəlir?

Formula-1 avtomobil yarışları 1950-ci ildən etibarən hər il keçirilən, müxtəlif etaplardan ibarət avtomobil yarışıdır. Bu etaplara müxtəlif ölkələr ev sahibliyi edir və bunlar Qrand Pri (Grand Prix) adlanır. Yarışlara hər komanda öz hazırladığı avtomobillə qatılır. Yarış həm komandalar arasında, həm də pilotlar arasında keçirilir. Pilotlar dünya çempionu, komandalar isə ən yaxşı konstruktor adı uğrunda mübarizə aparırlar. 2016-cı ildə Formula-1 yarışlarına ev sahibliyi edəcək 21 ölkə arasında Azərbaycan da yer alıb. Qaydalar üzrə Formula-1 Qran Priləri hər ölkədə 3 gün davam edir. Bu üç gün üçün çəkilən xərclər isə fantastik sayıla biləcək həddə olur.

 

 

Qran Pri yarışlarının xərclərini bir neçə hissəyə bölmək olar. Əsas xərclərdən biri hazırlıq xərcləribdir. İlk olaraq qeyd olunmalıdır ki, yarışlarda iştirak edən avtomobillər xüsusi avtomobillərdir. Bunun üçün üçün ciddi təhlükəsizlik tədbirlərinə riayət olunmaqla xüsusi yol örtüyü, baryerlər, ani tibbi dəstək və s. xidmətlər hazırlanmalıdır. Sadalanan işlər tələb olunan standartlar çərçivəsində ev sahibliyi edən ölkələrə orta hesabla 33 milyon ABŞ dollarına başa gəlir. Ümumilikdə isə Qran Pri yarışları üçün illik əməliyyat xərcləri orta hesabla 53 milyon ABŞ dolları ətrafında olur. Növbəti əsas xərc isə üzvlük haqqı xərcidir. F-1 yarışlarına ev sahibliyi üçün illik üzvlük haqqı xərci təxminən 25 milyon ABŞ dolları təşkil edir. Adətən ev sahibliyi müqaviləsi 10 il müddətinə, illik üzvlük haqqı hər il 10% artırmaq şərti ilə imzalanır. Beləliklə, müqavilənin sonuna illik üzvlük haqqı 58 milyon ABŞ dollarına kimi artmış olur. Bundan əlavə, kənardan kiçik sayıla biləcək proqram təminatları da kifayət qədər xərc aparır. Belə ki, saatda 300 km-dən artıq sürətlə hərəkət edən 22 avtomobili eyni zamanda izləmək üstün proqram təminatı tələb edir ki, bu da təşkilatçılara orta hesabla 30 milyon ABŞ dollarına başa gəlir. Bundan əlavə media mərkəzi xərcləri, avtomillərin saxlanması üçün hər komandaya xüsusi qarajların hazırlanması, texniki dəstək və s. xərclər ev sahibi tərəfindən qarşılanmalıdır.

Ümumilikdə, orta hesabla Qran Pri yarışları ev sahibliyi edən ölkələrə illik 100-400 milyon ABŞ dollarına başa gəlir. (Xərclər ölkə infrastrukturunun hansı səviyyədə olmasına uyğun dəyişir). Bu baxımdan F-1 yarışmalarına ev sahibliyini dünyanın ən böyük ÜDM-na sahib olan ölkələri edir. Belə ki, bu il Formula-1 yarışlarına ev sahibliyi edəcək 21 ölkədən 12-i ÜDM üzrə dünyanın top 15 ölkəsi sırasına daxildir. Ev sahibi olan digər ölkələrin iqtisadiyyatı Azərbaycanın iqtisadiyyatından dəfələrlə güclüdür. Bununla belə, bəzi ölkələr iqtisadiyyatında enişləri nəzərə alaraq, bu yarışlara ev sahibliyindən imtina belə ediblər. Məsələn, iqtisadiyyatının həcminə görə dünyada ilk onluqda yer alan Hindistan (2.04 trln $) bir neçə il öncə rupinin devalvasiyasına görə bu yarışlara ev sahibliyi etməkdən imtina etmişdir. Azərbaycanın F-1 yarışlarına ev sahibliyi etməsinə gəldikdə isə, ölkə iqtisadiyyatının bugünkü vəziyyətini və gələcək gözləntilər bunun “nonsense” olmasından xəbər verir.

 

Dünyanın ən böyük ÜDM-ə malik olan ölkələri və F1 (Dünya Bankı 2014)

 

s.s

Ölkə

ÜDM (trilyon $)

F-1 ev sahibliyi

1

United States

17, 419 000

F-1 ev sahibi

2

China

10, 354 832

F-1 ev sahibi

3

Japan

4, 601 461

F-1 ev sahibi

4

Germany

3, 868 291

F-1 ev sahibi

5

United Kingdom

2, 988 893

F-1 ev sahibi

6

France

2, 829 192

 

7

Brazil

2, 346 076

F-1 ev sahibi

8

Italy

2, 141 161

F-1 ev sahibi

9

India

2, 048 517

 

10

Russian Federation

1, 860 598

F-1 ev sahibi

11

Canada

1, 785 387

F-1 ev sahibi

12

Australia

1, 454 675

F-1 ev sahibi

13

Korea, Rep.

1, 410 383

 

14

Spain

1, 381 342

F-1 ev sahibi

15

Mexico

1, 294 690

F-1 ev sahibi

 

 

 

İstinadlar:

http://data.worldbank.org/

www.formula1.com

Why Formula One Has Races In Eight Of The Ten Countries With The Highest GDP (www.forbes.com)

“Breaking Down the Costs of Racing in Formula 1: Is Spending Out of Control?” Matthew Walthert, Bleacher Report UK / deyerler /

 

 

Google+ WhatsApp ok.ru