Foto sevərlərə müjdə: Zenit dünya bazarına geri qayıdır!

Rusiyanın dövlət texnologiya şirkəti (Rostex) dünyadakı bəzi fotoqrafların "fotoaparatların tankı" kimi, qəbul etdiyi Zenit-in yenidən istehsalına başlayacaqlarını bildirib.
 
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Rostex-in Rabitə və Məlumatlandırma Departamentinin rəhbəri Vasili Brovko, RNS-yə müsahibəsində belə bir açıqlama verib: "Zenit çox məşhur məhsuldur. Biz də Leica-nın (Alman fotoaparat istehsalçısı) analoji versiyasını, müasir məhsul istehsal etmək istəyirik".
 
Rusiya baş naziri Dimitri Medvedev 2014-ci ildə Zenit fotoaparatlarının yenidən istehsalına başlanılacağını söyləmişdi.
 
Qeyd edək ki, SSRİ vaxtı ciddi populyarlıq əldə edən Zenit fotoaparatları, təxminən 15 milyon ədəd istehsal edilmişdi. Bunun da böyük bir hissəsi Almaniya, İtaliya, Fransa və İngiltərəyə ixrac edilmişdi. Ancaq Zenit fotoaparatlarının istehsalına 2005-ci ildə son verilmişdi./
 

Google+ WhatsApp ok.ru