Fransada, dekabrın 5-də qatarların 90 faizi tətil səbəbiylə işləməyəcək

Fransada, dekabrın 5-də qatarların 90 faizi tətil səbəbiylə işləməyəcək

Fransa Milli Dəmir Yolları Cəmiyyəti (SNCF) hökumətin təklif etdiyi pensiya islahatlarına qarşı peşə tətili səbəbiylə 5 dekabrda sürətli qatarların 90% reyslərini ləğv edəcək.
 
Bundan əlavə, həmin gün "Eurostar" dəmiryol ekspreslərinin 50% və "Thalys" qatarlarının 30% reysləri ləğv ediləcəkdir.
 
Tətil ilə əlaqədar olaraq Fransa paytaxtının metrosunun qrafikində də dəyişikliklər olacaq. Paris Muxtar Nəqliyyat İdarəsindən (RATP) verilən məlumata görə, dekabrən 5-də 11 metro xətti bağlanacaq, digər istiqamətlərdə qatarların hərəkəti məhdudlaşdırılacaq. Avtobuslar və tramvaylar gecikmə ilə işləyəcək.
 
Mülki Aviasiya Baş İdarəsi, kütləvi etirazlar səbəbiylə 5 dekabr uçuşlarının təxminən 20% -nin ləğv ediləcəyini bildirib. Air France eyni gündə daxili uçuşların 70%-ni və orta mənzilli uçuşların 85%-ni yerinə yetirəcək.
 
Dekabrın 5-də Fransada pensiya islahatı layihəsinə qarşı kütləvi etiraz aksiyası keçiriləcək. Nümayişdə dəmiryolçuların, hava yolları işçilərinin, tələbələrin və müəllimlərin iştirak edəcəyi gözlənilir. /Trend
 

Google+ WhatsApp ok.ru