Fransada islamofobiya əleyhinə etiraz nümayişi - FOTO

Fransada islamofobiya əleyhinə etiraz nümayişi - FOTO

“Azadlığı boğan qlobal təhlükəsizlik qanunu layihəsinə STOP!”, “İslamofobiyaya STOP!”.
AZƏRTAC xəbər verir ki, bu şüarlar Fransada “qlobal təhlükəsizlik” qanun layihəsi və islamofobiya əleyhinə nümayişlərdə səsləndirilib.
 
Nümayişdə qaldırılan plakatlarda və səsləndirilən şüarlarda polis zorakılığına, eləcə də hökumətin islamofobiya xarakteri daşıyan “separatizm” əleyhinə qanun layihəsinə etiraz bildirilib. Artıq üç həftədir davam edən nümayişlər bütün ölkəni bürüyüb. Dünən ölkə üzrə 85 etiraz nümayişi keçirilib. Hökumət nümayişlərin əhəmiyyətli olmadığını qeyd etsə də, nümayişlər getdikcə daha ciddi vəziyyət alır.
 
Daxili İşlər Nazirliyi dünənki aksiyalarda 27 minə qədər nümayişçinin səfərbər olduğunu desə də, təşkilatçılar bu rəqəmin daha yüksək olduğunu diqqətə çatdırıblar.
 
Parisdə yüzdən çox nümayişçi saxlanılıb.
 
 
 

Google+ WhatsApp ok.ru