Fransadakı aksiyalarda 30 nəfər saxlanıldı - FOTO

Fransadakı aksiyalarda 30 nəfər saxlanıldı - FOTO

Fransada “Qlobal təhlükəsizlik haqqında” qanuna qarşı etiraz aksiyasında iştirak edən 30 nəfər saxlanılıb.
 
“Qafqazinfo” xəbər verir ki, Paris daxil olmaqla 90 bölgədə baş verən nümayişlər davam edir, paytaxt yağmalanır.
 
Nantes şəhərindəki aksiyada 1 polis yaralanıb. Daxili İşlər Nazirliyi polislə nümayişçilər arasında yaşanan hadisələrdən sonra tutulanların sayının 30-a çatdığını açıqlayıb.
 
Qeyd edək ki, “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinin 24-cü maddəsinə əsasən, polisin və ya hüquq-mühafizə orqanı əməkdaşlarının xidməti zamanı jurnalistlər tərəfindən foto-video çəkilişlərinin aparılması qadağan edilir.
 
 
 
 

Google+ WhatsApp ok.ru