Fransada Kuba səfirliyinə hücum olub 27 İyul 2021 11:48 Hadisə Naməlum cinayətkarlar Kubanın Fransadakı səfirliyinin binasına yandırıcı qarışığın olduğu butulkalarla hücum ediblər. Maide.Az xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilya bildirib. "Bizim Parisdəki səfirliyimizə "Molotov kokteyli"nin tətbiqi ilə terror aktı təşkil olunub. Hesab edirik ki, ölkəmizə qarşı fasiləsiz kampaniyalara, cəzasız zorakılığa həvəsləndirən belə davranış və çağırışlara görə ABŞ hökuməti məsuliyyət daşıyır", - o özünün tvitterdəki hesabında yazıb. Bu, Kubanın diplomatik nümayəndəliyinə birinci hücum deyil: ötən ilin aprelində naməlum kişi ABŞ-ın paytaxtı Vaşinqtonda da Kuba səfirliyinin binasına atəş açıb. Hadisə nəticəsində heç kim xəsarət almayıb, amma binaya zərər vurulub. Teqlər : #Fransada,#Kuba,#səfirliyinə,#hücum,#olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xəzərdə dalğanın hündürlüyü 5 metri keçəcək - XƏBƏRDARLIQ Bakıda axtarışda olan şəxs "Maşın bazarı"nda özünü partladıb