Fransanın Belarusdakı səfiri ölkədən çıxarılıb 18 Oktyabr 2021 11:42 Dünya Fransanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Nikolya de Buyan de Lakost rəsmi Minskin tələbi ilə ölkəni tərk edib. Maide.Az “AFP”a istiandla xəbər verir ki, Belarusun Xarici İşlər Nazirliyi səfirdən 18 oktyabr tarixinə qədər ölkəni tərk etməsini tələb edib. Səfir də bu gün ölkədən gedib. Səfirin ölkədən çıxarılması ilə bağlı səbəb açıqlanmayıb. Nikolya de Buyan de Lakost keçən il səfir təyin edilmişdi. Məlumata görə,Belarusun Parisdəki səfiri də geri çağırılıb. Xatırladaq ki, Avropa İttifaqı 2020 -ci ildə Belarusda keçirilən seçkilərdən sonra Lukaşenko hökumətini tanımadığını bəyan etmişdi. Belarusdakı daxili siyasi gərginlik səbəbindən Belarus ilə Avropa ölkələri arasında diplomatik gərginlik hələ də davam edir. Teqlər : #Fransanın,#Belarusdakı,#səfiri,#ölkədən,#çıxarılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraqda parlament seçkilərinin yekun nəticələri açıqlanıb Rusiya NATO ilə bütün əlaqələri kəsdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO