Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi müəyyənləşib 12 Fevral 2019 10:26 İdman Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib. Maide.Az AFFA-nın saytına istinadən xəbər verir ki, bu posta xorvatiyalı mütəxəssis Nikola Yurçeviç təyin olunub. Yaxın günlərdə 53 yaşlı məşqçi ilə müvafiq müqavilə imzalanacaq. Qeyd edək ki, Nikola Yurçeviç baş məşqçi fəaliyyətinə 2002-ci ildə ölkəsinin "Dinamo" (Zaqreb) komandasında başlayıb. O, 2005-ci ildə isə Avstriyanın “Austriya” və Xorvatiyanın “Slaven Belupo” kollektivlərinə rəhbərlik edib. Bundan sonra S.Biliçin məşqçi korpusunda yer alan mütəxəssis Xorvatiya millisində (2006 - 2012), eləcə də Rusiyanın “Lokomotiv”, Türkiyənin “Beşiktaş” və İngiltərənin “Vest Hem” komandalarında köməkçi-məşqçi funksiyasını yerinə yetirib. N.Yurçeviç son olaraq 2018-ci ildə Zaqreb "Dinamo"sunun baş məşqçisi olub. Teqlər : #Futbol,#üzrə,#Azərbaycan,#millisinin,#baş,#məşqçisi,#müəyyənləşib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 2028-ci ildə Avropa çempionatı İtaliyada keçirilə bilər Çempionlar Liqası: Həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb