Futbol üzrə Avropa çempionatının bütün iştirakçıları müəyyənləşdi

Futbol üzrə Avropa çempionatının bütün iştirakçıları müəyyənləşdi

Avropa çempionatının bütün iştirakçılarının adına aydınlıq gəlib.

 
Bu, AVRO-2020-nin pley-off mərhələsində final oyunlarından sonra məlum olub. Son 4 vəsiqəyə Şimali Makedoniya, Şotlandiya, Slovakiya və Macarıstan sahib çıxıb. Onlar müvafiq olaraq, C, D, E və F qruplarına düşüblər.
 
A qrupu: Türkiyə, İtaliya, Uels, İsveçrə
 
B qrupu: Danimarka, Finlandiya, Belçika, Rusiya
 
C qrupu: Niderland, Ukrayna, Avstriya, Şimali Makedoniya
 
D qrupu: İngiltərə, Xorvatiya, Şotlandiya, Çexiya
 
E qrupu: İspaniya, İsveç, Polşa, Slovakiya
 
F qrupu: Macarıstan, Portuqaliya, Fransa, Almaniya
 
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 2021-ci ilin yayına təxirə salınan AVRO-2020-nin matçları Bakı da daxil olmaqla qitənin 12 şəhərində baş tutmalıdır.

Google+ WhatsApp ok.ru