Futbol üzrə DÇ (2022) oyunlarının qrupları

Futbol üzrə DÇ (2022) oyunlarının qrupları

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2022) Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. 

İsveçrənin Sürix şəhərində təşkil olunan tədbirdə qrupların tərkibi müəyyənləşib. Azərbaycan millisi 5 komandalı A qrupuna düşüb. Rəqiblər Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq olub.
 
A qrupu: Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq, AZƏRBAYCAN
 
B qrupu: İspaniya, İsveç, Yunanıstan, Gürcüstan, Kosovo
 
C qrupu: İtaliya, İsveçrə, Şimali İrlandiya, Bolqarıstan, Litva
 
D qrupu: Fransa, Ukrayna, Finlandiya, Bosniya və Herseqovina, Qazaxıstan
 
E qrupu: Belçika, Uels, Çexiya, Belarus, Estoniya
 
F qrupu: Danimarka, Avstriya, Şotlandiya, İsrail, Farer adaları, Moldova
 
G qrupu: Niderland, Türkiyə, Norveç, Monteneqro, Latviya, Cəbəllütariq
 
H qrupu: Xorvatiya, Slovakiya, Rusiya, Sloveniya, Kipr, Malta
 
I qrupu: İngiltərə, Polşa, Macarıstan, Albaniya, Andorra, San Marino
 
J qrupu: Almaniya, Rumıniya, İslandiya, Şimali Makedoniya, Ermənistan, Lixtenşteyn
 
Final mərhələsinə 20 komanda yüksələcək. Qrup qalibi olan 10 komanda birbaşa final, ikinci yerin sahibləri isə  pley-offa vəsiqə əldə edəcək. Bu 20 yer uğrunda 55 yığma mübarizə aparacaq. 
 
 
Qeyd edək ki, 2021-ci ildə keçiriləcək 10 turdan ibarət seçmə mərhələyə martın 24-də start veriləcək. Pley-off oyunları isə 2022-ci ilin martında olacaq.

Google+ WhatsApp ok.ru