'G-20'liyin Əfqanıstan üzrə fövqəladə sammiti başlayıb 12 Oktyabr 2021 16:28 Dünya “G-20”liyin Əfqanıstan üzrə videokonfrans formatında fövqəladə sammiti başlayıb. Bu barədə İtaliya Baş nazirinin tviter səhifəsində məlumat verilib. Bildirilib ki, Zirvə toplantısında əsasən Əfqanıstan əhalisinə təxirəsalınmaz humanitar yardımın edilməsi, terrora qarışı mübarizə, ölkə daxilində sərbəst hərəkət və sərhədlərin açılmasına dair məsələlər müzakirə ediləcək. Zirvə toplantısının işində Rusiya Prezidenti Valdimir Putin iştirak etmir. Xatırladaq ki, “G-20”liyin Zirvə toplantısı oktyabrın 30-31-də Romada keçiriləcək. Qeyd edək ki, “G-20”nin üzvləri aşağıdakılardır: Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa (həmçinin Aİ üzvü), Almaniya (həmçinin Aİ üzvü), Hindistan, İndoneziya, İtaliya (həmçinin Aİ üzvü), Yaponiya, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Türkiyə, Birləşmiş Krallıq, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı (Aİ üzvləri). / RİA Novosti/ Teqlər : #'G20'liyin,#Əfqanıstan,#üzrə,#fövqəladə,#sammiti,#başlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraqda parlament seçkilərinin ilkin nəticələri açıqlanıb İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Pakistana səfəri başlayıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO