Gəncədə raket atəşi nəticəsində yaralanan 13 yaşlı yeniyetmə vəfat etdi 24 Oktyabr 2020 11:32 Qarabağ xəbərləri Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət alan şəxslərdən daha biri vəfat edib. Maide.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Qeyd olunur ki, 17.10.2020-ci il tarixdə düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almış 2007-ci il təvəllüdlü Mayakov Artur Ramiz oğlu göstərilmiş tibbi yardımlara baxmayaraq bu gün, stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Qeyd edək ki, Erməni silahlı birləşmələrinin oktyabrın 17-də Gəncə şəhərini raket atəşinə tutması nəticəsində 14 mülki şəxs şəhid olmuş, 55 nəfər xəsarət almışdı. Teqlər : #Gəncədə,#raket,#atəşi,#nəticəsində,#yaralanan,#yaşlı,#yeniyetmə,#vəfat,#etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru MN: Düşmən Goranboy-Naftalan istiqamətindəki ərazilərimizi atəşə tutur İşğalda ümumilikdə nə qədər şəhər və kəndimiz var?
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni