Gallup: ‘18 milyon amerikalının dərman almağa pulu yoxdur’ 22 Sentyabr 2021 14:14 Dünya Gallup sosial araşdırma mərkəzinin yeni sorğusu ABŞ-da təxminən 18 milyon insanın bir ailə üzvünə verilən ən aşağı qiymətli resepti ödəmək iqtidarında olmadığını göstərdi. Maide.Az “deyerler.org”-a istinadən xəbər verir ki, Gallup-un apardığı bu sorğunun nəticələri ABŞ-dakı yüksək dərman və müalicə xərclərinin bu ölkədəki ailələrin həyatına necə təsir etdiyini göstərib. Vəziyyət illik gəliri 24 min dollardan aşağı olan aztəminatlı ailələr üçün daha da pisdir. Təxminən 20% son üç ayda ən azı bir reseptin xərclərini ödəyə bilməmişdir. Gallup mərkəzi bildirir ki, sorğu təxminən 5 min yetkin insanın iştirakı ilə aparılıb və respondentlərin 10% son bir ildə bütün dərmanlarını almaqdan imtina etməli olduqlarını bildirib. CBS News televiziyası Gallup-un sorğusuna istinadən verdiyi xəbərində, milyonlarla amerikalıların bu ölkədə müalicə xərcləri ilə mübarizə etdiyini və dərman xərclərinin artdığını bildirib. ABŞ-ın Vermont ştatının senatoru Berni Sanders ABŞ cəmiyyətində ayrı-seçkilik mövzusunda danışarkən üç amerikalı milyarderin sərvətinin əhalinin yarısından çoxunun sərvətini təşkil etdiyini söyləyib və bu vəziyyəti sərt şəkildə tənqid etmişdi. Teqlər : #Gallup:,#‘18,#milyon,#amerikalının,#dərman,#almağa,#pulu,#yoxdur’, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Filippin prezidenti BMT-ni keçmiş dövrün məhsulu adlandırıb Əlcəzair Mərakeş üçün hava məkanını bağlayıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO