Gündəlik hökmlər: Camaat namazında fasilə

Gündəlik hökmlər: Camaat namazında fasilə

Maide.Az "hawzahnews" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Camaat namazında fasilə haqqında  sualına cavabını  təqdim edir:
 
Sual: Camaat namazında aşağıdakı halları nəzərə alaraq namazqılanlar arasındakı fasilə nə qədər olmalıdır ki, camaat namazının düzgünlüyünə xələl yetməsin? 
a) Məmumun (iqtida edənin) səcdə yeri ilə imamın durduğu yer arasındakı fasilə;
b) Camaat sıralarında arxa sırada dayanan məmumla ön sırada dayanan (və sıranı imama birləşdirən) məmum arasındakı fasilə;
c) Camaat namazının sıralarında sağ və sol tərəfdən məmumlar arasındakı fasilə.
 
Cavab: Qeyd edilən bütün hallarda, təqribən, bir metr fasilənin olmasının eybi yoxdur.
 

Google+ WhatsApp ok.ru