Gündəlik hökmlər: Namaz əsnasında möhrün əldən çıxması 23 İyul 2020 11:55 Əhkam Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Namaz əsnasında möhrün əldən çıxması hökmü haqqında sualına cavabını təqdim edir: Sual: Əgər namaz əsnasında möhür hansısa bir şəkildə əldən çıxarsa, məsələn, uşaq möhrü götürüb qaçarsa, bu zaman namazqılan şəxsin vəzifəsi nədir? Cavab: Əgər üzərinə səcdə etdiyi şey (məsələn, möhür) namaz əsnasında insanın əlindən çıxarsa və əlinin altında “üzərinə səcdə etməyin düzgün olduğu” başqa bir şey olmazsa, namaz vaxtı geniş olduğu təqdirdə, namazı kəsməlidir. Namaz vaxtı dar olduğu təqdirdə isə, əgər paltarı kətan və ya pambıqdandırsa, həmin paltarın üzərinə səcdə etməlidir. Ehiyata görə, pambıq və kətan paltarın üzərinə səcdə etmək mümkün olduğu halda, başqa bir şeyin üzərinə səcdə edilməməlidir. Əgər əynində belə bir paltar yoxdursa, vacib ehtiyata görə, öz əlinin üstünə səcdə etməlidir. Teqlər : #Gündəlik,#hökmlər:,#Namaz,#əsnasında,#möhrün,#əldən,#çıxması, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gündəlik hökmlər: Kəsim zamanı heyvanın canı çıxmamış başını bədənindən ayırmağın hökmü Gündəlik hökmlər: Dırnaqda lak olduqda, dəstəmaz və qüslün hökmü
Gündəlik hökmlər: Dini elmlər hövzəsində təhsil alan tələbələrin və universitet tələbələrinin təhsil ilə bağlı səfəri
Gündəlik hökmlər: Orucu bilərəkdən iftar etməyin kəffarəsini vermək iqtidarında olmayanı şəxsin hökmü