Günün hədisi: Əfv və güzəştin təsirləri

Günün hədisi: Əfv və güzəştin təsirləri

Maide.Az günün hədisini təqdim edir:
 

 İmam Əli (ə):

الْعَفْوُ يُفْسِدُ مِنَ اللَّئيمِ بِقَدْرِ اصْلاحِه‏ مِنَ الْكَريمِ

“Əfv və güzəşt səxavətli və hörmətli bir şəxs tərəfindən olduqda islaha, alçaq və xəsis şəxs tərəfindən olduqda isə, fəsada səbəb olur.”

(“Biharul-ənvar”, 74-cü cild, səh.419.)

Qısa izah

Bu hədisi iki cür təfsir etmək olar:

Birinci təfsir: Səxavətli və hörmətli insan günahkar bir şəxsi əfv edib bağışladıqda, onun məhəbbət və sevgisini qazanmış olur. Çünki onun əfv və güzəşti alicənablıq və təvazökarlıqla birgə olur. Alçaq və xəsis insanın isə əfv və güzəşti minnət və əziyyətlə yanaşı olduğundan fəsadla nəticələnir. Bu da, həqiqətdə, قَوْلٌ مَّعْرُوفٌ وَمَغْفِرَةٌ خَيْرٌ مِّن صَدَقَةٍ يَتْبَعُهَآ أَذًى وَاللّهُ غَنِيٌّ حَلِيمٌ (Xoş bir söz və (dilənçilərin israr və kobudluqlarını) bağışlamaq, arxasınca əziyyət olan sədəqədən (bəxşişdən) daha yaxşıdır. Allah ehtiyacsız və həlimdir.) – ayəsinin xarici nümunəsidir. (“Bəqərə” surəsi, ayə 263.)

İkinci təfsir: Bəzən xəta etmiş səxavətli və hörmətli şəxs, bəzən də alçaq və xəsis şəxs əfv edilir. Bu təfsirə əsasən, hədisin mənası belə olacaq: Əgər xəta etmiş səxavətli və hörmətli insan əfv olunduqda islah, alçaq və xəsis insan isə əfv olunduqda, nəinki islah olunmaz, əksinə ondan sui-istifadə edərək günaha cürəti artır və daha çox fitnə-fəsadla məşğul olur. Demək, onu əfv etməyin nəticəsi fitnə-fəsada atmaqdır.

Bu hədisin əxlaqi mesajı budur ki, əfv və güzəşt də hesab-kitab üzrə olmalıdır. Peyğəmbəri-Əkrəm (s) Məkkəni fəth etdikdə, ümumi əfv fərmanı verdi. (“Füruği-əbədiyyət”, 2-ci cild, səh.338.)

Bu əfv Məkkə əhalisinin əksəriyyətinə müsbət təsir bağışladı. Lakin o həzrət islah olunmayan bir neçə nəfəri əfvindən istisna edərək onların qətlinə hökm verdi. Qurani-Kərimdə bu ümumi əfvin səmərəsindən söz açılaraq buyurulur:

يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا

“Onlar (Məkkə əhalisi) dəstə-dəstə Allahın dininə daxil olurdulr.” (“Nəsr” surəsi, ayə 2.)

Bütün Məkkə əhalisinin məcburiyyətsiz İslama üz gətirməsi İslam Peyğəmbərinin (s) əfv və güzəştinin səmərəsi idi. Bu məsələ bütün insanlara, məxsusən, cəmiyyət rəhbərlərinə böyük ibrət dərsidir. Ayə və rəvayətlərdə “əfv və güzəşt” mövzusuna geniş yer ayrılmışdır ki, biz bu qısa şərhlə kifayətlənirik.

Maide.az – Maarif bölümü

 

Google+ WhatsApp ok.ru