Günün hədisi: Ömür sona doğru, arzu büsatı heçə doğru

Günün hədisi: Ömür sona doğru, arzu büsatı heçə doğru

Maide.Az günün hədisini təqdim edir:
 
İmam Əli (ə): 
 
مَعاشِرَ شيعَتِي، اِصبِروا عَلى عَمَلٍ لا غِنىً بِكُم عَن ثَوابِهِ، وَاصبِروا عَن عَمَلٍ لا صَبرَ لَكُم عَلى عِقابِهِ، إنّا وَجَدنَا الصَّبرَ عَلى طاعَةِ اللّهِ أهوَنَ مِنَ الصَّبرِ عَلى عَذابِ اللّهِ عَزَّوجَلَّ. اِعلَموا أنَّكُم في أجَلٍ مَحدودٍ وأمَلٍ مَمدودٍ ونَفَسٍ مَعدودٍ، ولابُدَّ لِلأَجَلِ أن يَتَناهى ولِلأَمَلِ أن يُطوى ولِلنَّفَسِ أن يُحصى. ثُمَّ دَمَعَت عَيناهُ وقَرَأ: «وإنَّ عَلَيكُم لَحافِظينَ. كِرامًا كاتِبينَ. يَعلَمونَ ما تَفعَلونَ».
 
“Ey mənim şiələrim, savabına hökmən ehtiyacınız olacaq əmələ dözün və cəzasına heç cür dözə bilməyəcəyiniz işdən əl çəkin! (Çünki) biz Allaha itaətdəki səbri əzabındakı səbrindən asan görürük. Bilin ki, ömrünüz məhdud, arzularınız uzun və nəfəslərinizin sayı vardır. Ömür sona doğru, arzu büsatı heçə doğru, nəfəslər də qurtarmaq üzrədir.” Sonra Həzrət gözləri yaşardığı halda bu ayəni oxudu: “Əlbəttə, sizin üzərinizdə gözətçi vardır. Onlar şərəfli (möhtərəm) yazıçılardır (mələklərdir) və sizin nə etdiklərinizi bilirlər.” (“İnfitar”, 10-12.)
 
“Əmali”, Şeyx Səduq, səh.96, hədis 5.
 

Google+ WhatsApp ok.ru