Günün hədisi: Məhşərdə sevdiyin kəslə birgə

Günün hədisi: Məhşərdə sevdiyin kəslə birgə

Maide.Az günün hədisini təqdim edir:
 
Əbuzər Qifari deyir ki, mən (Peyğəmbərə) dedim:
 
يا نَبِيَّ اللّهِ، إنّي اُحِبُّ أقوامًا ما أبلُغُ أعمالَهُم
 
“Ey Allahın Rəsulu, mən elə bir zümrəni sevirəm ki, əməldə onlardan geriyəm!”
 
Həzrət buyurdu:
 
يا أبا ذَرٍّ، المَرءُ مَعَ مَن أحَبَّ ولَهُ مَا اكتَسَبَ
 
“Ey Əbuzər, insan sevdiyi kəslə məhşərə bir gələcək və əməllərinin nəticəsini görəcəkdir.”
 
Mən dedim:
 
فَإِنّي اُحِبُّ اللّهَ ورَسولَهُ وأهلَ بَيتِ نَبِيِّهِ
“Mən, həqiqətən, Allahı, Rəsulunu və Əhli-beytini sevirəm.”
 
Həzrət buyurdu:
 
فَإِنَّكَ مَعَ مَن أحبَبتَ
“Belə isə sevdiyin kəslə də məhşərdə birgə olacaqsan.”
 
“Əmali”, Şeyx Tusi, səh.632, hədis 1303.
 

Google+ WhatsApp ok.ru