İraqda xəstəxanada yanğınına görə bir neçə məsul şəxs saxlanılıb

İraqda xəstəxanada yanğınına görə bir neçə məsul şəxs saxlanılıb

İraqın cənubunda yerləşən Di-qar əyalətinin Nəsiriyyə şəhərində koronavirusa yoluxan pasiyentlər üçün nəzərdə tutulan hospitalda baş verən yanğın nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb.
 
Maide.Az “Farsnew”a istinadən xəbər verir ki, məlumatı yerli “Al-Hadath” telekanalı yayıb.
 
Hadisə ilə əlaqədar əyalətin səhiyyə naziri Səddam ət-Tavil istefa verib.
 
Bildirlir ki, hadisə  ilə əlaqədar İraın Di-qar əyalətinin səhiyyə naziri, İmam Hüseyn adına xəstəxananın baş həkimi və əyalətin yanğın söndürmə idarəsinin sədri  həbs olunub.
 
İraqın Baş naziri Mustafa əl-Kazımi ölənlərin xatirəsinin yad edilməsi üçün matəm elan olunması və yanğının araşdırılması üçün xüsusi komissiyanın yaradılması ilə bağlı tapşırıq verib.
 
Bundan başqa Baş nazirin əmri ilə  bu hadisə qurbanlarının hamısına şəhid  statusu veriləcək.  
 
Baş nazir həmçinin hadisədə yaralanan  və vəziyyəti ağır olan şəslərin müalicə üçün xarici ölkələrə göndərilməsinə tapşırıq verilib.
 
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
 
Qeyd edək ki, İraqın Nəsiriyyə şəhərində koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanada  ötən gecə yanğın baş verib.
 
Məlumata əsasən, “İmam Hüseyn” adına xəstəxanada xəstələri oksigenlə təchiz edən balon partlayıb. Partlayışdan sonra yanğın başlayıb. 

Google+ WhatsApp ok.ru