Hindistanda 350-dən çox kənd su altında qalıb

Hindistanda 350-dən çox kənd su altında qalıb

 
Hindistanın şimalındakı Uttar-Pradeş ştatında leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 357 kənd su altında qalıb.
 
Trend-in məlumatına görə, regionda Qanq çayını səviyyəsi 2 metrdən çox qalxıb.
 
97 kəndin ətraf aləmlə əlaqəsi tamamilə kəsilib. Ştat rəhbərliyi sakinlərin təxliyəsini həyata keçirir.
 
Son üç həftə ərzində davam edən musson yağışları və daşqınlar nəticəsində Hindistanda 400 nəfər həlak olub.

Google+ WhatsApp ok.ru