İmam Rzanın (ə) İmam Hüseynin (ə) əzadarlığı haqqında tövsiyələri

İmam Rzanın (ə) İmam Hüseynin (ə) əzadarlığı haqqında tövsiyələri

Rəyyan ibn Şəbib nəql edir ki, Məhərrəm ayının birinci günü İmam Rzanın (ə) hüzuruna getmişdim. O Həzrət İmam Hüseynə (ə) əzadar olmaqla bağlı mənə bəzi tövsiyələr edib buyurdu:
 
“Məhərrəm bir aydır ki, keçmişdə cahillik dövrünün insanları bu aya ehtiram edərək döyüşü tərk edir, hətta onu haram bilirdilər. Amma bu ümmət bu ayın, eləcə də, öz Peyğəmbərinin (s) ehtiramını saxlamadılar. Bu ayda onun övladını qətlə yetirdilər, əhli-əyalını və qadınlarını əsir tutdular, onların xeymələrinə od vurdular. Allah onları heç zaman bağışlamasın!”
 
İmam Hüseynə (ə) ağlamaq
 
Ey Şəbibin oğlu! Əgər birinə ağlamaq istəsən, Hüseyn ibn Əliyə (ə) ağla! Şəbibin oğlu! Əgər İmam Hüseynə (ə) ağlayıb göz yaşların yanaqlarından axsa, Allah bütün günahlarını bağışlayar.
 
İmam Hüseynin (ə) ziyarəti
 
Əgər Allahın hüzuruna günahların olmayan halda getmək istəyirsənsə, İmam Hüseyni (ə) (yaxından və uzaqdan) ziyarət et.
 
İmam Hüseynin (ə) qatillərinə lənət oxumaq
 
Əgər Behişt hücrələrindən məskunlaşmaq və Peyğəmbər (s) və Əhli-beytinin (ə) yanında olmaq istəyirsənsə, İmam Hüseynin (ə) qatillərinə lənət etməyi tərk etmə!
 
Kərbəla şəhidlərinin xatirəsi
 
Əgər İmam Hüseynlə birgə şəhid olanların savabına nail olmaq istəyirsənsə, İmam Hüseyni (ə) xatırladıqda, belə de:
 
یا لَیتَنِی كُنْتُ مَعَهُمْ فَأَفُوزَ فَوْزاً عَظِیماً
 
“Kaş biz də sizinlə birgə olaydıq və bu böyük səadətə yetəydik!”
 
Əhli-beytin (ə) matəimdən qəmgin olmaq
 
Əgər Behiştdə bizimlə eyni dərəcədə olmaq istəyirsənsə, bizim sevincimə sevinin və qəmimizə də qəmlənin...”
 
Maide.Az - Maarif bölümü 

Google+ WhatsApp ok.ru