Günün hədisi: İtrət – ikinci əmanət

Günün hədisi: İtrət – ikinci əmanət

Maide.Az günün hədisini təqdim edir:
 
İmam Sadiq (ə) öz atası İmam Baqirdən belə nəql edir:
 
سُئِلَ أميرُالمُؤمِنينَ صَلَواتُ اللّهِ عَلَيهِ عَن مَعنى قَولِ رَسولِ اللّهِ (ص): إنّي مُخَلِّفٌ فيكُمُ الثَّقَلَينِ كِتابَ اللّهِ وعِترَتي، مَنِ العِترَةُ؟ فَقالَ: أنَا والحَسَنُ والحُسَينُ والأَئِمَّةُ التِّسعَةُ مِن وُلدِ الحُسَينِ، تاسِعُهُم مَهدِيُّهُم وقائِمُهُم، لا يُفارِقونَ كِتابَ اللّهِ ولا يُفارِقُهُم حَتّى يَرِدوا عَلى رَسولِ اللّهِ (ص) حَوضَهُ.
 
“Allah Rəsulunun (s) “Mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram: Allahın kitabı və itrətimi!” – kəlamı haqda Əmirəlöminin Əlidən (ə) “İtrət kimlərdir? – deyə soruşulduqda, belə buyurdu: “Mən, Həsən, Hüseyn və Hüseynin nəslindən olan doqquz imam! Onların doqquzuncusu Məhdi və Qaimdir. Onlar “Kövsər” hovuzunda Allah Rəsuluna (s) qovuşana qədər onlar Allahın kitabından, Allahın kitabı da onlardan heç vaxt ayrılmayacaq!”
 
“Kəmalud-din”, səh.240, hədis 64.

Google+ WhatsApp ok.ru