Gürcüstanda 'Hicab' mövzusunda konfrana keçirilib

Gürcüstanda 'Hicab' mövzusunda konfrana keçirilib


Bu gün Gürcüstan Müsəlmanları İdarəsinin Marneuli nümayəndəliyində "Hicab – zinətdir, iffətdir və izzətdir” başlıqda konfrans təşkil olunub.

Maide.Az Müsəlman Qadınlar İcmasının təşkilatçılığı ilə keçirilən konfransda  rayonun müxtəlif yerlərindən müsəlman xanımlar iştirak edib.

Lalə İbrahimovanın Quran tilavətindən sonra konfransı giriş sözü ilə açan Naidə Hacıyeva öncə bu günlərə təsadüf edən Həzrət Fatimeyi Zəhranın (s.ə) təvəllüdü münasibəti ilə iştirakçıları təbrik edib. Sonra son zamanlar ölkəmizdə və hətta parlamentdə müzakirə mövzusu olan İslamda qadın örtüyü ilə bağlı söhbətlərdən dolayı belə konfransın keçirilməsini lazım bildiklərini dilə gətirib, Hicab  mövzusunda keçirilən konfransın məram və əhəmiyyətindən danışıb.

Sonra çıxış üçün söz verilən Esmira Nəsibova, Mirvari Nağıyeva, Fatimə Süleymanova və Günay Quliyeva İslamda örtünmənin əhəmiyyət, dəyər və fəlsəfəsindən, Allahın bütün  İbrahimi dinlərdə də örtünmənin vacib etməsindən, Hicabın ictimai, psixoloji və digər faydalarından danışıblar. Hicaba bədbinliyin səbəbi və ondan uzaqlaşdıran amillər haqda ətraflı məlumat veriblər.

İki saat sürən konfrans Fərəc duası ilə sona çatıb. Sonda iştirakçılar şirniyyat süfrəsi ətrafında təəssüratlarını bölüşüblər. Onlara təqvim, Hicab və digər mövzularda  yeni çap infografiklər hədiyyə olunub.

Google+ WhatsApp ok.ru