Həmsədrlər gəlir 22 Oktyabr 2015 01:00 Qarabağ xəbərləri «Bu ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyinə ümid edirik». ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk news.am-a belə deyib. Prezidentlərin bu ilin sentyabrında BMT Baş Assambleyasının sessiyasında görüşəcəyi gözlənilirdi. Ancaq Azərbaycan prezidenti bu sessiyada iştirak etmədiyi üçün görüş baş tutmadı. Minsk qrupu həmsədrlərinin irəli sürdüyü mümkün yeni təkliflərə toxunan Kasprzyk bütün məsələlərin Madrid prinsipləri çərçivəsində müzakirə edildiyini bildirib. Oktyabrın 26-da ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri olacaq. / Teqlər : #Həmsədrlər gəlir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Düşmən bütün cəbhə boyu atəşkəsi pozub Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 95 dəfə atəş zərbəsi endirib
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni