HƏMAS: Libermanın istefası İsrailin məğlubiyyətinin etirafıdır 15 Noyabr 2018 10:25 Fələstin Fələstin İslami Müqavimət Təşkilatı HƏMAS işğalçı İsrail rejiminin müdafiə naziri Aviqdor Libermanın istefasına münasibət bildirib. Maide.Az virtualaz.org-a istinadən bildirir ki, HƏMAS-ın nümayəndəsi Əbu Zuhri məsələ ilə bağlı bəyanat yayıb. O bildirib ki, Libermanın istefası İsrailin məğlubiyyətinin etirafıdır. “Libermanın istefası İsrailin məğlubiyyətinin və Fələstinin müqavimətinə qarşı çıxa bilməmələrinin etirafıdır”, – deyə Zuhri vurğulayıb. “SAFA” agentliyi isə əlavə edib ki, Libermanın istefası həm də Qəzzanın siyasi qələbəsidir. Xatırladaq ki, işğalçı İsrail rejiminin müdafiə naziri Aviqdor Liberman bu günlərdə Qəzza zonasında İsrail ordusu ilə “Həmas” arasında baş verən irimiqyaslı toqquşmadan sonra dünən Misirin vasitəçiliyi ilə HƏMAS-la atəşkəs barədə əldə olunan razılığa etiraz olaraq vəzifəsindən istefa verib. Teqlər : #HƏMAS:,#Libermanın,#istefası,#İsrailin,#məğlubiyyətinin,#etirafıdır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qəzzada xalq küçələrə çıxıb müqaviməti təbrik etdi -VİDEO Nyu-Yorkda İsrail əleyhinə etiraz aksiyası keçirildi
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar