Hərbi hissədə bədbəxt hadisə - 2 hərbçimiz həyatını itirib, 1 yaralı

Hərbi hissədə bədbəxt hadisə - 2 hərbçimiz həyatını itirib, 1 yaralı

İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib.
 
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub.
 
Nəticədə iki hərbi qulluqçu - gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həyatını itirib.
 
Müdafiə Nazirliyinin rəhbərliyi həyatını itirənlərin yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.
 
Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb.
 
Faktla bağlı araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru