HƏMAS: İsrail qüvvələrinin dezinfeksiya işləri görən fələstinli gəncləri həbs etməsi irqçi bir hərəkətdir

HƏMAS: İsrail qüvvələrinin dezinfeksiya işləri görən fələstinli gəncləri həbs etməsi irqçi bir hərəkətdir

HƏMAS İsrail  rejim qüvvələrinin işğal olunmuş Qüdsdə yeni növ koronavirusa (Kovid-19) qarşı dezinfeksiya aparan 12 fələstinlinin həbsini irqçi hərəkət adlandırıb. 
 
"İşğalçı İsrail rejim qüvvələrinin dezinfeksiya kampaniyasında könüllü olaraq iştirak edən fələstinliləri həbsi etməsi, onların  irqçi və vəhşi davranışını, eləcə də Qüdsdəki fələstinlilərin həyatının qiymətləndirilmədiyini göstərir." 
 
Maide.Az "AA"a istinadla xəbər verir ki,  bunu HƏMAS sözçüsü  Abdullatif Əl-Kanu deyib. 
 
İsrail rejiminin Qüdsdə dezinfeksiya etməsinə mane olması virusun yayılmasına səbəb olduğunu deyən əlKanu qeyd edib ki, işğalçı rejim  tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) virusla mübarizədəki səylərinə əhəmiyyət verilmir.
 
Qeyd edək ki,  ötən axşam işğalçı rejim qüvvələri Şərqi Qüdsdə bir sıra müəssisə və obyektlərdə dezinfeksiya işi görən 12 gənci saxlayıb. 
 
 
Xatırladaq ki, olunub ki, İsrail rejimi epidemiya ilə mübarizə aparmaq əvəzinə fələstinlilərə hücum edir. Mənbə: https://eastnews.org/news/45029
 

 

Google+ WhatsApp ok.ru