Həzrət Məsumənin (s.ə) məqam və mənziləti 23 İyun 2020 10:02 İslam tarixi və məsumların davranışı Həzrət Məsumə (ə.s.) qardaşı İmam Rzanın (ə) doğumundan 25 il sonra, 173-cü hicri-qəməri ilinin Zil-qədə ayının 1-də, Mədinə şəhərində dünyaya göz açmış, 201-ci h.q. ilində, Rəbiul-əvvəl ayının 23-də müqəddəs Qum şəhərinə daxil olmuş, bu şəhərdə 17 gün qaldıqdan sonra 201-ci h.q. ilində, Rəbius-sani ayının 10-da əbədiyyətə qovuşmuş və müqəddəs Qum şəhərində dəfn olunmuşdur. Atası İmam Museyi-Kazim (ə), anası isə Nəcmə (Səmanə, Tüktəm) adlı pak-pakizə bir xanımdır. İmam Rza (ə) dünyaya göz açdıqdan sonra İmam Kazim (ə) onun anası Nəcməni Tahirə adlandırmışdır. (“Üyunu əxbarir-Riza (ə)”, c.1, səh.31.) Həzrət Məsumənin (s.ə) adı Fatimədir. Məsumə onun məşhur ləqəbidir ki, bu ləqəb qardaşı İmam Rza (ə) tərəfindən ona verilmişdir. İmam Rzadan (ə) nəql olunan bir rəvayətdə Həzrət Məsumənin (ə.s.) ziyarətinin savabı ilə bağlı belə buyurulmuşdur: مَنْ زَارَ الْمَعصُومَةَ بِقُمْ کَمَنْ زَارَنى “Hər kim Qumda Məsuməni ziyarət etsə, məni ziyarət etmiş kəs kimidir.” (“Nasixut-təvarix”, c3, səh.68.) O Həzrət başqa bir hədisdə öz səhabəsi Sədə belə buyurmuşdur: يا سَعْدُ عِنْدَكُمْ لَنَا قَبْرٌ، “Ey Səd! Sizin yanınızda bizim qəbrimiz vardır.” Səd deyir ki, dedim: جُعِلْتُ فِدَاكَ، قَبْرُ فَاطِمَةَ بِنْتِ مُوسَى (ع)؟ “Sənə qurban olum, Fatimə binti Musanın (ə) qəbrimi?” Həzrət buyurdu: نَعَمْ، مَنْ زَارَهَا عَارِفاً بِحَقِّهَا فَلَهُ الْجَنَّةُ “Bəli. Haqqını tanıdığı halda onu ziyarət edənə Cənnət vacib olar.” (“Bihаrul-әnvаr”, c.99, səh.266.) İmam Cavaddan (ə) da belə nəql olunur: مَنْ زَارَ قَبْرَ عَمَّتِي بِقُمَ فَلَهُ الْجَنَّة “Hər kim bibimin qəbrini Qum şəhərində ziyarət etsə, Cənnət ona vacib olar.” (“Kamiluz-ziyarat”, səh.536.) Həzrət Məsumə (s.ə.) atası İmam Kazim (ə) şəhadətə yetdikdən sonra, 179-cu h.q. ilində qardaşı İmam Rzanın (ə) himayəsinə keçir və 200-cü h.q. ilinə qədər (yəni 21 il) qardaşının himayəsində ikən, yüksək elmi, mənəvi və əxlaqi məqamlara yiyələnir. Onun yüksək məqamı ilə bağlı Əhli-beyt imamlarından (ə) nəql olunan hədislər içərisində İmam Sadiqin (ə) buyurduğu bu hədis bəs edər ki, o Həzrət buyurmuşdur: إِنَّ لِلَّهِ حَرَماً وَ هُوَ مَكَّةُ ، أَلَا إِنَّ لِرَسُولِ اللَّهِ حَرَماً وَ هُوَ الْمَدِينَةُ، أَلَا وَ إِنَّ لِأَمِيرِ الْمُؤْمِنِينَ حَرَماً وَ هُوَ الْكُوفَةُ، أَلَا وَ إِنَّ قُمَّ الْكُوفَةُ الصَّغِيرَةُ، أَلَا إِنَّ لِلْجَنَّةِ ثَمَانِيَةَ أَبْوَابٍ ثَلَاثَةٌ مِنْهَا إِلَى قُمَّ تُقْبَضُ فِيهَا امْرَأَةٌ مِنْ وُلْدِي اسْمُهَا فَاطِمَةُ بِنْتُ مُوسَى، وَ تُدْخَلُ بِشَفَاعَتِهَا شِيعَتِي الْجَنَّةَ بِأَجْمَعِهِمْ “Həqiqətən, Allahın hərəmi var və o Məkkədir. Agah olun, Peyğəmbərin hərəmi var və o Mədinədir. Əmirəlmömininin hərəmi var, o Kufədir. Qum kiçik Kufədir. Həqiqətən, Behiştin 8 qapısı var ki, üçü Quma açılır. Orada övladlarımdan Musanın qızı Fatimə adlı bir xanım dəfn olunacaq və şiələrim onun şəfaəti ilə Behiştə daxil olacaqlar.” (“Bihаrul-әnvаr”, c.57, səh.228.) Həmçinin o xanımın mənəvi məqamı elə bir mərhələdə olub ki, İmam Rzanın (ə) vasitəsilə bəyan olunan məşhur ziyarətnamədə belə oxuyuruq: يا فاطِمَةُ اشْفَعى لى فىِ الْجَنَّةِ، فَانَّ لَكِ عِنْدَ اللَّهِ شَاْناً مِنَ الشَّاْنِ “Ey Fatimə, mənə Cənnətdə şəfaət et. Həqiqətən, Sənin Allah dərgahında məqamın böyükdür.” (“Məfatihi-novin”, səh.579.) Həzrət Məsumənin elmi məqamına gəldikdə isə, o da anası Həzrət Fatimeyi-Zəhra (s.ə.) kimi alimə idi. Nəql olunur ki, bir gün bir qrup şiə İmam Kazimdən (ə) bir sıra sualların cavabını öyrənmək üçün Mədinə şəhərinə daxil olur. İmam Kazim (ə) səfərdə olduğundan, sualları Həzrət Məsumə (s.ə) cavablandırır və sualların cavablarını yazılı şəkildə təqdim edir. Onlar Mədinədən çıxdıqda, İmam Kazim (ə) ilə rastlaşırlar. İmam Kazim (ə) Həzrət Məsumənin (ə) onların suallarına yazdığı cavabları müşahidə etdikdə, üç dəfə buyurur: فِدَاهَا أَبُوهَا – “Atası ona fəda olsun.” (“Kəşful-ləali”, “Kərimeyi-Əhli-beyt (ə)” kitabından nəqlən, səh.63-64.) Həzrət Məsumənin (s.ə.) Qum şəhərinə gəlişi bərəkətlərə səbəb oldu, Onun müqəddəs türbəsinin bərəkətindən, bu gün Qum şəhəri dünyanın ən böyük elmi mərkəzlərindən birinə çevrilmişdir. O Xanımın türbəsi sayəsində bir çox alimlər Qum şəhərinə üz tutmuş və bu şəhərə bir çox bərəkətlər nəsib etmişdir ki, ən mühümü elmi ocaqların və dini hövzələrin təsis edilməsi, dünyanın hər bir nöqtəsindən həmin elmi ocaq və dini hövzələrdə dini tələbələrin təhsil almasıdır. Bəli, Həzrət Məsumənin (ə.s.) şərif türbəsinin sayəsində Qum şəhəri elm və fəzilət ocağına çevrilir. İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə belə buyurulur: سَتَخلو كوفَةُ مِنَ المُؤمِنينَ، ويَأرِزُ عَنهَا العِلمُ كَما تأرِزُ الحَيَّةُ في جُحرِها، ثُمَّ يَظهَرُ العِلمُ بِبَلدَةٍ يُقالُ لَها قُمُ، وتَصيرُ مَعدِنًا لِلعِلمِ وَالفَضلِ... وذلِكَ عِندَ قُربِ ظُهورِ قائِمِنا، فَيَجعَلُ اللّهُ قُمَّ وأهلَهُ قائِمينَ مَقامَ الحُجَّةِ، ولَولا ذلِكَ لَساخَتِ الأَرضُ بِأَهلِها، ولَم يَبقَ فِي الأَرضِ حُجَّةٌ، فَيَفيضُ العِلمُ مِنهُ إلى سائِرِ البِلادِ فِي المَشرِقِ وَالمَغرِبِ، فَيَتِمُّ حُجَّةُ اللّهِ عَلَى الخَلقِ حَتّى لا يَبقى أحَدٌ عَلَى الأَرضِ لَم يَبلُغ إلَيهِ الدّينُ وَالعِلمُ، ثُمَّ يَظهَرُ القائِمُ. “Tezliklə Kufə möminsiz qalar və elm büsatı ilan yuvasına qısıldığı kimi çəkilər. Sonra elmin qapısı Qum şəhərindən açılar, ora elm və fəzilət ocağına çevrilər... Bunlar bizim Qaimimizin zühuruna yaxın vaxtda baş verəcək və Allah Qum və əhalisini Höccətin (İmam Məhdi) canişinləri edəcək. Bu olmasaydı, şübhəsiz, yer üzü əhlini udar və “dəlil” sona yetərdi. Elm və bilik Qumdan dünyanın şərq və qərbinə axacaq, bununla da, Allah Öz höccətini insanlara tamamlayacaq, hətta yer üzündə din və elmin çatmadığı bir yer qalmayacaq. O zaman Qaim (ə) zühur edəcək.” (“Biharul-ənvar”, c.60, səh.213, hədis 23.) Maide.az – Maarif bölümü Teqlər : #Həzrət,#Məsumənin,#(s.ə),#məqam,#və,#mənziləti, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həzrət Məsumənin (s.ə) həyatına qısa bir baxış İmam Rzanın (ə) həyatı