Həzrət Əfəlfəzl Abbas (ə.s) hərəminin Quran xəzinələrinə qısa bir baxış - FOTO

Həzrət Əfəlfəzl Abbas (ə.s) hərəminin Quran xəzinələrinə qısa bir baxış - FOTO

 
Həzrəti Əfəlfəzl Abbasın (ə) hərəminin nəzdində fəaliyyət ögstərən muzeydə qiymətli və dəyərli əlyazmalar var. 
 
Maide.Az xəbər verir ki, Kufeyl kanalınının məlumatına görə, Həzrəti Abbasın (ə) hərəmi nəzdində fəaliyyət göstərən Əlyazmalar Muzeyi, Kərbəlanın müqəddəs ziyarətgahları tərəfindən yaradılan ilk görkəmli əlyazma muzeyidir.
 
Bu muzey, 2009-cu ildə Həzrət Zeynəbin (s) doğum günü ildönümündə Həzrət Abbasın (ə) türbəsi tərəfindən açıldı.
 
Bu muzeydə Quranın bir neçə görkəmli əlyazması sərgilənir, onlardan bəziləri aşağıda təqdim olunur:
 
1. İmam Zeynəbidinə (ə) aid olan Quran nüsxəsi hicri birinci əsrə aiddir. 
 
Bu Qurandakı ayələr kufi xəttatlığı ilə dəri üzərində yazılmış və hər səhifənin ölçüsü 37x26,5 sm-dir.
 
 
2. İbn El Bevaba aid Quran nüsxəsi, hicri qəməri V əsrə aidir. 
 
Ayələrin mətni qızıl rənglə, süls xətti ilə, kənarları isə Kufi xətti ilə yazılıb, hər səhifənin ölçüsü 16,5 x 21,75 sm-dir.
 
 
 
3. 30 səhifəlik bir cildlik Quran nüsxəsi. Hər səhifədə bir cüz nəsx xətti ilə yazılıb. 
Bütün sətirlərin başlanğıcı Əlif hərfi ilə başlayır,  hər səhifənin ölçüsü 32 x 21,5 sm-dir.
 
 

Google+ WhatsApp ok.ru