Həzrət Əbülfəzl Abbasın (ə) hərəmi: '14.5 milyondan çox zəvvar Ərbəində iştirak etdi'

Həzrət Əbülfəzl Abbasın (ə) hərəmi: '14.5 milyondan çox zəvvar Ərbəində iştirak etdi'

Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahı 1442 hicri-qəməri ili 9 səfərdən 20 səfər günortaya qədər 14 milyon 553 min 308 zəvvarın Kərbəlada Ərbəin ziyarətində iştirak etdiyini açıqlayıb.  

 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahı hicri 1442-ci il İmam Hüseynin (ə) Ərbəin mərasimində iştirak etmək üçün Kərbəlaya şəhərin girişlərindən daxil olan zəvvarların elektron sayma sisteminə görə siyahısını açıqlayıb.  
 
Həzrət Əbülfəzl Abbasın müqəddəs ziyarətgahındakı Rabitə Şöbəsi tərəfindən Kərbəlanın əsas girişlərində elektron sayma sistemi vasitəsi ilə 5-ci ildir ki, ziyarətçi sayının sənədləşdirilməsi xidməti aparılır.   Elektron sayma sisteminə əsasən və beş əsas girişdə qeydiyyatdan keçən ziyarətçilərin sayı (Bağdad - Kərbəla) (Nəcəf - Kərbəla) (Babil - Kərbəla) (Hüseyiniyə - Kərbəla) (Əl-Hürr - Kərbəla) 1442-ci hicri ili üçün 9 səfərdən 20 səfər günortaya qədər 14 milyon 553 min 308 nəfərdir.  
 
Qeyd edək ki, 1441 hicri ilində Ərbəin zəvvarlarının sayı (15.229.955) on beş milyon iki yüz iyirmi doqquz min doqquz yüz əlli beş və 1440 hicri ili üçün (15.322.949) on beş milyon üç yüz iyirmi iki min doqquz yüz qırx doqquz ziyarətçi olub.
 

Google+ WhatsApp ok.ru