Həbsdə olan Bəhreynli ruhaninin səhhəti pisləşib

Həbsdə olan Bəhreynli ruhaninin səhhəti pisləşib

 .
Həbsdə olan Bəhreynin "Haqq" Hərəkatının baş katibi  Hassan Muşeymənin səhhəti pisləşib. 
 
Maide.Az  xəbər verir ki, bu barədə  H.Muşeymənin oğlu məlumat verib. 
 
O deyib ki, Bəhreyn Daxili İşlər Nazirliyinin iddiası yalandır atam həbsxanada müaəlicədən məhrum idi.  "Atamın vəziyyəti  pisləşdiyi üçün iki dəfə təcili tibbi yardım bölməsinə köçürülüb.  Vəziyyəti ağırdır. Onun müalicəsi üçün lazimi şərait yaradılmır."-deyə  H.Muşeymənin oğlu deyib. 
 
Onun şəkərli diabet xəstəsi olduğunu və gün ərzində bir neçə dəfə  insulin iynəsi qəbul etdiyini vurğulayan M.Muşeymənin oğlu qeyd edib ki, atam qan təzyiqi və digər xəstəliklərdən də əziyyət çəkir. 
 

Google+ WhatsApp ok.ru