Həzrət Fatimeyi-Zəhra (s.ə) – Allahın seçilmiş bəndəsi

Həzrət Fatimeyi-Zəhra (s.ə) – Allahın seçilmiş bəndəsi

Həzrət Fatimə (s.ə) məsumdur (pak və günahsızdır); məsumluq isə bəşəriyyət aləmində, Allahın seçilmiş bəndələri arasında çox az sayda insana verilmiş bir xüsusiyyətdir. Bu böyük şəxsiyyət – Fatimeyi-Zəhra (s.ə) da həmin insanlar sırasındadır. Üstəlik, bir reallığı da nəzərə almaq lazımdır ki, Allah yolunda çalışıb-vuruşmuş bu müsəlman qadının təxminən 20 yaşı olub; rəvayətlərdə 17-25 yaş arasında fərqli fikirlər var. Təsəvvür edin, gənc bir qadın peyğəmbərlər və övliyalarla bir sırada dura biləcək qədər ali bir mənəviyyata sahibdir.

Allahın göndərdiyi elçi tərəfindən “Səyyidətu nisail-aləmin” – “Aləmlərin qadınlarının xanımı” adına layiq görülür. Mənəvi məqamından əlavə, bu qadının şəxsi həyatında da yüksək təqdirəlayiq keyfiyyətlərin, diqqətəlayiq davranışların özünü büruzə verməsi ayrıca bir ibrət dərsidir. Onun təqvası, ismət və paklığı, hər cür əzab-əziyyətə qarşı dözümlülüyü, gözəl həyat yoldaşı və ana olması, siyasi prosesləri dərk etməsi, bir insanın həyatındakı ən mühüm sferalarda fəal iştirak etməsi (istər uşaqlıq və yeniyetməlik dövründə, istərsə də ailə qurduqdan sonra) yalnız siz xanımlar üçün deyil, həm də bütün bəşəriyyət üçün ibrət dərsidir.

(Ali Rəhbər Ayətullah Xamenenin ölkənin ziyalı xanımları ilə görüşü zamanı söylədiyi nitqindən bir hissə – 19/04/2014.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru