30 cildlik Quran Elmləri Ensiklopediyası çap olunub 22 İyun 2021 12:13 Dünya Qurani-Kərimi müxtəlif cəhətlərdən araşdıran yeni Quran Elmləri Ensiklopediyası 30 cilddə çap və nəşr edilib. Maide.Az İQNA-a istinadla xəbər verir ki, bu barədə ensiklopediyanı yazan elmi şuranın üzvü Höccətul-İslam vəl-müslimin Əbdül-Kərim Behcətpur məlumat verib. Onun sözlərinə görə, bu ensiklopediyanın yazılması hicri-şəmsi tarixi ilə 1395-ci ildə (beş il öncə) başlayıb. Ensiklopediyanın Quranşünaslıq bölməsində 34 mədxəl hazırlanıb. Quran Elmləri Ensiklopediyasının birinci cildi Quranın nazil olması bəhsi ilə başlayıb, surələrin nazil olması tarixi üzərində araşdırma aparılıb. Qiraət bəhsi, xüsusi ilə də 7 qiraət məsələsi araşdırılıb. Quran hədəfləri, surə və ayələrin şəni-nüzulu, surə və ayələrin xüsusiyyətləri, Quranın sistematikliyi, cahanşümulluğu, came və cavidan olması, Quran ayələrinin təkrarının fəlsəfəsi, şərqşünasların Quran barədə rəyləri, Quran və hüquq, Quran və ilahiyyat, Quran və qadın, Quran ibham və icmal, Quran toplanması, Quranın nüzul tərtibi və sair mövzular bu ensiklopediyada geniş izah edilmiş digər məsələlərdir. Teqlər : #cildlik,#Quran,#Elmləri,#Ensiklopediyası,#çap,#olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Imam Rzanın (ə) hərəminin üzərindəki bayraq dəyişdirilib - FOTO Rusiya: 'ABŞ-ın Şimal Axını-2 layihəsinə qarşı yeni sanksiyaları cavabsız qalmayacaq'
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO