HƏMAS:  Mahmud Abbasın Cantzla görüşü Fələstin xalqının kürəyinə xəncər kimi saplandı

HƏMAS: Mahmud Abbasın Cantzla görüşü Fələstin xalqının kürəyinə xəncər kimi saplandı

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) sözçüsü Əbdüllətif Alkanu Fələstin prezidenti Mahmud Abbasın  sionist rejimin müdafiə naziri Benny Gantzla görüşünü pisləyərək bu görüşü Fələstin xalqının kürəyinə saplanmış xəncərə bənzədib. 
 
Maide.Az xəbər verir ki, Ə.AlKanu deyib ki, Mahmud Abbasın bu addımı Fələstin xalqının şəhidlərinin qanına xəyanətdir.  “Təssüflər olsun ki, müşahidə edirik ki, M.Abbas milli dəyərləri tapdalamağı davam etdirir və sionistlərin cinayətlərini ört-basdır etməyə çalışır."
 
Ə.Alkanu Fələstin xalqını və qruplarını Mahmud Abbasın bu təhqiredici hərəkətlərinə qarşı çıxmağa çağırıb və qeyd edib ki, M.Abbas  Fələstin xalqının nümayəndəsi deyil, yalnız özünün nümayəndəsidir.

Google+ WhatsApp ok.ru