Haniyə: Sionist rejim bütün müsəlman ümmətinin ilk düşməni olaraq qalacaq 24 Dekabr 2020 13:12 Fələstin Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi ofisinin rəhbəri İsmail Haniyə bütün ərəb və müsəlman ölkələrini saziş əleyinə vahid cəbhə yaratmağa çağırıb və bildirib ki, sionist rejim bütün müsəlman ümmətinin ilk düşməni olaraq qalacaq. Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, 30-dan çox müslman və ərəb ölkə rəhbərinə məktub yazaraq İ.Haniyə bildirib ki, sionist rejimlə saziş Fələstin dəyərlərinə ağır bir təhlükədir və Fələstin xalqının və İslam ümmətinin kürəyinə vurulan xəncərdir. "Sionist rejim ilə münasibətlərin adiləşdirilməsi Ərəb ölkələrinin ən böyük siyasi səhvidir və Fələstin xalqının hüquqlarının ziyanınadır." İşğalçı İsrail rejimi ilə münasibətlərin adiləşdirilməsini İslam dünyasının sabitlik struktruunda böyük bir boşluq yaratdığını deyən İ.Haniyə qeyd edib ki, işğalçı sionist rejim saziş yolu ilə İslam ümmətinin stratejik dərinliyinə nüfuz etmək istəyir. "Bu saziş və münasibətlərin adiləşdirməsindən yeganə faydalanan işğalçı rejimdir. Saziş edən ölkələrin bəhanələri içi boş siyasi, humanitar və stratejik bəhanələrdir və heç bir dəyəri yoxdur." İ.Haniyə münasibətlərin adiləşdirilməsindən işğalçı rejimin həqiqi məqsədləri və bu layihənin mahiyyətinin gec ya tez hamı üçün aşkar olacağını bildirib. Teqlər : #Haniyə:,#Sionist,#rejim,#bütün,#müsəlman,#ümmətinin,#ilk,#düşməni,#olaraq,#qalacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə Ərəbistanın dərslik kitablarından anti-sionist mövzular çıxarılıb Evləri dağıdılan fələstinlilərin sayı məlum oldu
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar