Hava Hücumundan Müdafiə bölmələrinin məşqləri başlayıb 30 Aprel 2020 11:55 Hərb Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin məşqləri keçirilir. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Məşqlərin keçirilməsində əsas məqsəd bölmələrin şəxsi heyətinin zenit-raket komplekslərinin (ZRK) idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsidir. Məşqlərdə döyüş heyətləri “İldırım” ZRK-nin start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativləri icra edirlər. Teqlər : #Hava,#Hücumundan,#Müdafiə,#bölmələrinin,#məşqləri,#başlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hərbi Dəniz Qüvvələrində taktiki təlim başlayıb Ordu genişmiqyaslı əməliyyat-taktiki təlimlər keçirəcək
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'