Hücuma məruz qalmış iki neft tankerinin 44 ekipaj üzvü iranlı xilasedicilər tərəfindən sudan çıxarılıb - YENİLƏNİB2/FOTO

Hücuma məruz qalmış iki neft tankerinin 44 ekipaj üzvü iranlı xilasedicilər tərəfindən sudan çıxarılıb - YENİLƏNİB2/FOTO

Hücuma məruz qalmış iki neft tankerinin 44 ekipaj üzvü iranlı xilasedicilər tərəfindən sudan çıxarılıb və İran gəmisi ilə Cask limanına gətirilib.
 
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İRNA agentliyinə mənbəyə istinadən yazıb.
 
Bildirilir ki, ilk tankerdə yanğın  Cask limanından 25 mil uzaqlıqda yerli vaxtla saat 8:50-də  baş verib. “Gəmi Marşal adaları bayrağı altında Qətərin Ər-Rüus limanından Tayvana etanol aparmaq üçün yola çıxıb. Yanğın baş verdikdən sonra ekipaj üzvləri xilas olmaq üçün özlərini dənizə atıb. Gəminin 23 heyəti sudan xilas edilib”.
 
Mənbə qeyd edib ki, yerli vaxtla saat 09:50-də Cask limanından 28 mil uzaqlıqda daha bir gəmidə yanğın baş verib. “Metanol daşıyan bu gəmi Panama bayrağı altında Səudiyyə Ərəbistanından Sinqapur istiqamətində hərəkətdə olub. Burada da 21 ekipaj üzvü özlərini suya atıb və İran xilasediciləri tərəfindən çıxarılıb”.
 
Qeyd edək ki, hadisə Hind okeanının şimal hissəsində Oman dənizində baş verib. Səhər saatlarında dənizdə iki ardıcıl partlayış səsi eşidilib. Tankerlərdə partlayışların hücum nəticəsində baş verdiyi deyilir.
 
Süleym
***
Oman körfəzində hücuma məruz qalmış və partlayış baş vermiş neft tankerlərindən biri batır. 
 
Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış  Marşal adaları bayrağı ilə üzən «FRONT ALTAIR» və  Panama bayrağı altında üzən «Kokuka Courageous» neft tankerində baş verib.  
 
Hər iki gəminin  ekipajı  xilas edilib. 
 
***
Oman körfəzində iki neft tankerə hücum olunub.
 
Maide.Az “Al-Alam” kanalına istinadla xəbər verir ki, ardıcıl iki partlayış baş verib.   
 
Pakistan qaynaqları  iki neft daşıyan böyük tankerin hücuma məruz qaldığı və yardım istəməsi ilə bağlı məlumat yayıb. 
 
Hazırda  hücumla bağlı araşdırma aparılır.  Hücuma məruz qalan  tankerlərin hansı ölkəyə aid olması ilə bağlı məlumat verilməyib. 
 
 

Google+ WhatsApp ok.ru