Hindistanda güclü siklon nəticəsindən ölənlərin sayı 46 nəfərə çatıb

Hindistanda güclü siklon nəticəsindən ölənlərin sayı 46 nəfərə çatıb

Hindistanın cənubunda “Qaca” siklonu nəticəsində ölənlərin sayı 46 nəfər çatıb. 
 
Maide.Az "SalamNews"-a istinadla verdiyi xəbərə görə, siklon Hindistanın cənubundakı Tamil Nadu vilayətində böyük fəsadlara səbəb olub.
 
Siklon nəticəsində 80 mindən çox insan təxliyə edilib. Vilayətin bir çox rayonlarda elektrik enerjisinin təchizatı dayandırılıb.

Google+ WhatsApp ok.ru