Hindistanda Peyğəmbərin (s) mövlud günü münasibətilə  izdihamlı yürüş və şənlik təşkil olunacaq

Hindistanda Peyğəmbərin (s) mövlud günü münasibətilə izdihamlı yürüş və şənlik təşkil olunacaq

Hindistanın Uttar Pradeş ştatının Kanpur şəhərində müxtəlif dinlərin davamçılarının iştirakı ilə  Həzrət Muhəmmədin (s) mövludu münasibətilə böyük və izdihamlı yürüş təşkil olunacaq.
 
Maide.Az xəbər verir ki, hər il olduğu kimi bu ildə müxtəlif dinlərin davamçıları əziz İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) doğum günü münasibətilə Hindistanın "Kanpur" şəhərində toplaşacaqlar ki, dünyaya vəhdət və həmrəylik ismarıclarını çatdırsınlar.
 
Kanpur müsəlmanlarının alimlər cəmiyyətinin sədri Mətin əl-Həqq Üsamə Qasimi deyib ki, İngiltərənin Hindistanı öz müstəmərisi altında saxladığı dövrlərdən indiydək Kanpur şəhərinin bütün əhalisi müsəlmanlar, hindular və digər din və məzhəblərin təfədarları Həzrət Muhəmmədin (s) anadan olduğu gün, bir yerə toplaşır, öz həmrəyliklərini nümayiş etdirirlər. Biz bu gün də bu ənənənin həmişə davam etməsinin tərəfdarıyıq.
 
O deyib ki, bu mərasimdə iştirak etmək üçün qeyri- müsəlman qardaşlarımızı dəvət etmişik və toplantı üçün şəhərin müxtəlif yerlərində 20- 25 yer nəzərdə tutulmuşdur. “Radikal və ifraçtı insanlar çalışırlar ki, müsəlmanlar və digər dinlərin davamçıları arasında təfriqə və ayrıseçkilik yaratsınlar, ixtilaf salsınlar. Bu cür mənfi halların qarşısını almaq üçün Həzrət Muhəmmədin (s) mövludu ən münasib fürsətdir ki, insanlar bərabərlik və həmrəyliklərini möhkəmləndirsinlər.”
 
M.Ü.Qasimi deyib ki, müsəlmanlar unutmamalıdırlar ki, bu bayram dünyanın ən hörmətli insanının doğum günüdür və buna görə də hamının ehtiramı və hörməti saxlanılmalıdır.
 
O əlavə edib ki, bu ilki izdihamlı yürüş Həzrət Muhəmməd Peyğəmbərin (s) doğum günü Zöhr namazından sonra başlayacaq və 12 saat müddətində davam edəcək. (iqna)
 
 

Google+ WhatsApp ok.ru