Hindistan məbədində yanğın: 102 ölü, 300-dən çox yaralı-YENİLƏNİB

Hindistanın Kerala ştatındakı məbəddə güclü yanğın baş verib.
 
Trend-in "Hindu" qəzetinə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 102 nəfər ölüb, 300-dən çox adam yaralanıb.
 
Qeyd olunur ki, yaralıların çoxusu xəstəxanaya çatdırılarkən yolda ölüblər.
 
İlkin məlumata görə, Kollam şəhərində yerləşən məbəddə baş verən yanğına səbəb dini ayinlərin keçirilməsi zamanı fişənglərin partladılması olub. Yanğın yerli vaxtla 03:30-da başlayıb.
 
Yerli mətbuat hadisə nəticəsində məbədin tamamilə uçduğunu qeyd edir.
 
Bildirilir ki, polis fişənglərin partlayış təhlükəsi barədə əvvəllər məbəd əməkdaşlarına xəbərdarlıq edib, ondan istifadə etməyi qadağan edib. Görünür sonradan buna əhəmiyyət verilməyib.
 
***
Hindistanın Kerala ştatındakı məbəddə güclü partlayış  və yanğın baş verib.
 
Maide.az xəbər verir ki,  yanğın nəticəsində məbəddə olan  84-dan çöx insan ölüb, 250 nəfər yaralanıb.
 
İlkin məlumata görə Kollam şəhərində yerləşən məbəddə baş verən yanğına səbəb dini ayinlərin keçirilməsi üçün anbarda saxlanılan fişənglərin partlaması olub. 
 
Yerli mətbuat hadisə nəticəsində məbədin tamamilə uçduğunu qeyd edir.
 
Bildirilir ki, polis fişənglərin partlayış təhlükəsi barədə əvvəllər məbəd əməkdaşlarını çağıraraq ondan istifadəni qadağan edib. Görünür sonradan buna əhəmiyyət verilməyib./
 

Google+ WhatsApp ok.ru