Hindistan müsəlmanlarına kim sahib çıxacaq? - ARAŞDIRMA

Hindistan müsəlmanlarına kim sahib çıxacaq? - ARAŞDIRMA

Hindistanda yaşayan müsəlmanların yaşadıqları ayrı-seçkiliklə yanaşı özlərini müdafiə edəcək siyasi şüur, media və liderdən məhrum qalmaları dünya müsəlmanlarının gözündən uzaq düşmələrinə səbəb olub.
 
Maide.Az "dunyabulteni"nə istinadən xəbər verir ki, Hindistanda təxminən üç yüz milyon müsəlman var. Ümumi əhalinin 22 faizini təşkil etmələrinə baxmayaraq, daha az olduqları görüntüsü yaranır.
 
Hindistan "Muslim Political Council of India" sədri və "Mission Media"nın banisi doktor Taslim Əhməd Rəhmani, Pakistanın bölünməsinin sonra unudulan Hindistan müsəlmanlarının, siyasi, iqtisadi və təhsil baxımından geri düşdüyünü və şüursuz kütlə halına gətirilən hind müsəlmanlarının oxuma-yazma nisbətinin 2.5 faiz olduğunu açıqlayıb.
 
Yüz minə yaxın mədrəsənin yerləşdiyi ölkədən, müsəlmanların dini təhsil tələbatının yalnız 4 faizi qarşılanır.
 
Məhv olmağa qarşı müqavimət göstərməyə çalışan müsəlman xalq və alimlər də ən azından müsəlman mədəniyyətini qorumaq üçün çalışır. Siyasi və intellektual güc göstərəcək strukturları yoxdur. Rəhbərliyin dəstəyindən məhrumdurlar.
 
Hindistanın Asam bölgəsində 10 milyon müsəlman var ki, onların yarım milyonu evlərindən çıxarılıb, digər yarısı hələ də evlərinə qayıtmayıb. Necə mübarizə edəcəklərinə dair bir planı olmayan kütlə halına çevriliblər. Həmin bölgədə milli, siyasi partiyanın olmaması müşahidə edilir. Yerli təşkilatların. nəşrlərin fəaliyyət göstərdiyi halda, milli qəzetin olmaması diqqət çəkir.
 
 
MÜSƏLMANLAR MEDİADA
 
Hind mediasında müsəlmanların yeri tək tərəfli və idarəçilik cəhətdən çox zəifdir. Müsəlmanlara qarşı qərəzli xəbərlər, yazılar yayımlanır. Bununlada müsəlmanların gündəmini istədikləri şəkildə təyin edirlər. Mötədil müsəlman yoxdur iddiası ilə ya fanatik, ya da inqilabçı müsəlman görüntüsü yaradaraq, hər iki kateqoriyaya aid deyilsənsə, o zaman müsəlman deyilsən vurğusu yaradılır.
 
Hindistanda mediada 33 dil istifadə edilir. Pullarının üzərində 18 dil var. Hindli müsəlmanların ən böyük problemi, səslərini çıxarmamaq və vəziyyətlərini aydın şəkildə ifadə edəcək intellektual, savadlı kadr qıtlığıdır.
 
 
BOMBEY İKİYƏ AYRILMIŞ VƏZİYYƏTDƏ
 
Ancaq Bombeyin gecəqondu səmti Jogeşvaridə yeni dəyişikliklər baş verir. Müsəlman və hinduların qarışıq yaşadığı bölgələr demək olar ki yoxdur. Aradan keçən yol məhəlləni ikiyə bölür. Hinduların "Kiçik Pakistan" adlandırdığı tərəf və Hindistan tərəfi.
 
Bombeyin gecəqondu məhəllələrində müsəlmanlara təhsil verən yardım təşkilatının sədri, doktor Məhəmməd Katkatay bildirib ki, gedib başqa bir dünyada yaşaya bilmərik. Mən birinin gözünü çıxarsam müsəlman cəmiyyətin hamsı kor edilir.
 
ƏN AŞAĞI TƏBƏQƏ
 
Ölkədə yaxşı işlərin və məmur vəzifələrinin hamsı hindulara verilir. Gəlir, məşğulluq, təhsil kimi kateqoriyalarda müsəlmanlar, hinduların ən aşağı təbəqəsini təşkil edən "toxunulmazlar" təbəqəsi ilə eyni qrupda yer alır. Müsəlmanlar əhalinin 22 faizini təşkil etməsinə baxmayaraq dövlət məmurlarının cəmi 4 faizini təşkil edirlər. Yaxşı vəzifədə olan müsəlmanlarda kimliklərini gizlətməyə çalışırlar.
 
CƏNUB VƏ ŞİMAL MÜSƏLMANLARI
 
Hindistandakı müsəlmanlar arasında da mədəni fərqlər yaşanır. Məsələn, cənubda yaşayan müsəlmanların, eyni yerdəki Hindularla şimalda yaşayan müsəlmanlara nisbətən daha çox ortaq cəhətləri var. Şimali Hindistanda belə əyalətlərə görə müsəlmanların mədəni vərdişləri fərqlidir.
 
Cənubi Hindistanın qərbi Benqal və Maharashtra əyalətlərindəki müsəlmanlar şimali Hindistanda yaşayan müsəlmanlara görə daha yaxşı təhsilli, mülayim və ictimai azadlıqlara malikdirlər. Bu arada sünnilər, şiələrə nisbətdə sayca daha çox olmalarına baxmayaraq, şiələrin sosial rifahı, yüksək təhsil səviyyəsi və ictimai azadlıq mövzularında sünniləri qabaqlayırlar.
 
MONQOL NƏSLİ İDDİASI
 
"Monqol işğalçıların uşaqları" kimi qəbul edilən hindli müsəlmanların monqollardan çox-çox əvvəllər Hindistan ilə əlaqələrinə göz yumulur. 
 
7-ci əsrdə müsəlmanlar Hindistana işğalçı kimi deyil, tacir kimi gəliblər.
 
Orta əsrlər Hind tarixinin şah əsəri olaraq qəbul edilən ingilis tarixçiləri Henri Miers Eliot və Con Geologiya "The History of India as Told by Its Own Historians ,the Muhammadan Period" adlı kitablarında, hind sahillərinə müsəlmanları daşıyan ilk gəminin qədim tarixdə görüldüyünü bildiriblər. H.G.rawlinson (Ancient və Medieval History of India kitabının müəllifi) J.Sturrock (South Kanarya və Madras Districts Manuals) kimi tarixçilərə görə isə, bu şəxslərin burada olma səbəbləri ticarətdən çox Hindistanda İslamı yaymaq olub.
 
1947-ci ildə müstəqillik əldə etdikdən sonra baş verən hindu-müsəlman qarşıdurmaları nəticəsində hər iki tərəfdən bir milyon insan ölüb. On iki milyon nəfər isə bəşəriyyət tarixinin ən böyük kütləvi köçünə məcbur olub. Pakistana köç edən müsəlmanları dövlət məmurları, diplomatlar, iş adamları, bankirlər kimi yeni bir ölkənin tələb edəcəyi şəxslər təşkil edirdi. Hindistanda qalanlar isə dükan sahibləri, sürücülər, gündəlik pula fəhlə işləyənlər, dülgərlər və kənd təsərrüfatı fəhlələri olub.
 
 
KRİKET VƏ MÜSƏLMANLAR
 
1960 və 1970-ci illərdə müsəlmanların qarşılaşdıqları ritorika "burada xoşbəxt deyilsinizsə, Pakistana gedin" istiqamətində idi. İndi də bu ritorikanın yumuşaldılmış formasına xüsusən Hindistan və Pakistan arasında oynanan kriket oyunlarında tez-tez rast gəlinir. Siyasilər, Hindistandakı müsəlman probleminə iqtisadi və geri qalmışlıq perspektivindən baxmaqdan çox, təhrif edilmiş mədəni perspektivdən baxırlar. İş və muzdlu ev tapmaq, alqı-satqı məsələsində ayrı-seçkiliyə məruz qalan müsəlmanlar dini inancları və mədəni mövqelərindən dolayı "qurban" olaraq təqdim edirlər, yəni öz günahları kimi. Burka geyinən müsəlman qadınlar bazar, xəstəxana, məktəb kimi sahələrdə pis rəftara məruz qalırlar.
 
 
HİNDU-MÜSƏLMAN DÜŞMƏNÇİLİYİ
 
Yaxın zamanlarda Müsəlmanlara qarşı ayrı-seçkiliyin və zorakılığın sərgiləndiyi iki hadisə baş verib. Biri 1992-ci ildə 16-ci əsrə aid "Babri" məscidi (Babur məscidi) ərazisi üsyan edən hindular tərəfindən işğal edilmiş və tarixi məscid dağıdılaraq yerinə Hindu tanrısı Ram üçün məbəd tikilməsi tələb olunmuşdu.
 
Hinduların "Bura bizim ölkəmizdir, istədiyimizi edirik, müsəlmanlar hindistanlı deyillər və ya ən azından bizim qədər hindli deyillər. Onların ibadət yerlərini qorumaq haqları yoxdur" atmacalı sözləri nəticəsində hindu və müsəlmanlar arasında qarşıdurmalar baş vermiş və hər iki tərəfdən 2 mindən çox insan həyatını itirmişdi.
 
Əslində 1947-ci ildə Hindistanla Pakistanın ayrılmasından sonrakı ən böyük hindu-müsəlman toqquşmasına səbəb olan bu hadisələrdə xalqı təhrik edən Hindu Milliyyətçi Bharatiya Janata Partiyası lideri və bir vaxtlar Hindistanın daxili işlər naziri olan Lal Krişna Advani həbs olunmuşdu.
 
Bütün televiziya kameralarının qarşısında Babur məscidinin məhvinə tamaşaçı qalan Narasimha Raonun mərkəzi hökuməti üzündən Konqres hələ də itirdiyi etibarını qazanmağa çalışır.
 
2002-ci ilin fevral ayının 27-də həyata keçirilən Gujarat müsəlmanlarının soyqırımı isə müsəlmanların qurbanlar edilməsinə yol açan ikinci hadisədir. Gujarat, Hindistanın qərbində müsəlmanların sıx məskunlaşdığı bir ərazidir. Qatarda baş verən və 58 nəfərin diri-diri yanaraq can verdiyi yanğının müsəlmanlar tərəfindən planlaşdırıldığı və həyata keçirildiyi iddialarından sonra qısa müddət ərzində 2 minə yaxın müsəlman öldürüldü, 150 min müsəlman evlərindən zorla çıxarılıb sürgün edildi.
 
Qətliamı Hindistanın milliyyətçi partiyası Bharatiya Janatanın (BJP) yəni Hindistan Xalq Partiyasının xadimləri həyata keçirmişdi. Gujarat hökuməti ilə bir çox ölkə əlaqəsini kəsdi. Əyalət rəhbəri Narendra Modi hələ də bu qətliama görə ABŞ-a buraxılmır.
 
 
İNDİKİ GƏNC MÜSƏLMANLARI
Dehlidə aparılan araşdırmalar zamanı məlum olub ki, müsəlmanların 69 faizinin ən böyük problemi yoxsulluq və işsizlikdir. Müsəlmanlar Hindistan əhalisinin 22 faizini təşkil etməsinə baxmayaraq, gənclərin ancaq 4 faizi məşhur universitetlərə gedə bilir, 5 faizi isə dövlət işində işləyə bilirlər. Bu mənfi cəhətlərə baxmayaraq hazırda müsəlman mentalitetində dəyişiklik də danılmazdır. Artıq təhsilli, ağıllı, yüksək səviyyəli hindli müsəlman profili formalaşıb. Gənc müsəlmanlar öz üzərlərində işləyirlər. Ancaq media bu dəyişikliyi görməməzliyə vurmağa davam edir.
 
 
İQTİSADİYYAT VƏ TƏHSİLDƏ MƏHDUDİYYƏT
 
Müsəlman əhali iş, məşğulluq, dövlət və özəl banklardan kredit almaq, təhsil məsələlərində tez-tez ayrı-seçkiliyə məruz qalırlar. Dövlətin bu istiqamətdə tədbir görməlidir.
 
 
MÜSƏLMANLARLA BAĞLI SACHAR HESABATI
 
2006-cı ildə baş nazir Manmohan Sinqhin təyin etdiyi xüsusi komitə, müsəlmanların üzləşdiyi maneələri sadalayan və təkliflər verən Sachar hesabatında, müsəlmanların düşdüyü sosial-iqtisadi vəziyyəti qiymətləndirilib. 
 
Dərs kitablarının yenidən nəzərdən keçirilməsi, dini tolerantlığın artırılması, işsizliklə mübarizə, mədrəsələrin açılması məsələləri üzərində cəmləşən hesabat, lazımi bütün məlumatlara yer verməsinə baxmayaraq, müsəlmanların nə üçün və necə marjinallaşması barədə heç araşdırma aparmayıb.
 
Hindu millətçilərinin partiyası olan BJP hesabatı kəskin tənqid edib. Hətta müsəlmanların qətiyyən ayrı-seçkiliyə məruz qalmadığını, bu araşdırmanın təhrif edilmiş, siyasi məqsədli və təhlükəli olduğunu iddia ediblər.
 
 

Google+ WhatsApp ok.ru