Hollandiyalı Qəzzadakı münaqişə səbəbilə İsrail medalını geri qaytarıb

İkinci dünya müharibəsi zamanı yəhudi uşağı gizlətmək üçün göstərdiyi səylərə görə İsrail tərəfindən medalla təltif edilən hollandiyalı Henk Zanoli aldığı mükafatı geri qaytarıb.
 
SalamNews-un BBC-yə istinadla verdiyi xəbərə görə, buna səbəb İsrailin Qəzzada törətdiyi cinayətlərdir.
 
Belə ki, sözügedən şəxsin altı qohumu İsrailin Qəzza zolağını hava hücumuna məruz qoyması nəticəsində həlak olub.
 
H.Zanoli İsrailin Haaqadakı səfirliyinə müvafiq mövzulu məktub yazıb.
 
91 yaşlı hollandiyalının sözlərinə əsasən, o, artıq bu mükafatı özündə saxlaya bilməz, çünki bu, onun ailə üzvlərinə təhqir olardı.
 

Google+ WhatsApp ok.ru